Əsas Səhifə > Güney Press, Şou-biznes > "Hamı cızma-qara edib, adını bəstəkar qoyur"

"Hamı cızma-qara edib, adını bəstəkar qoyur"


6-09-2014, 11:54
"Hamı cızma-qara edib, adını bəstəkar qoyur"
Müğənni Əbdül Xalid həmkarlarının ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Star life" verilişinə açıqlamasında sənətçilərin bir-birlərini təkrarladığını iddia edib:

"Radionu açırsan, oxuyan müğənninin kim olduğunu ayırd edə bilmirsən. Hamısı eyni səslə, oxşar tərzdə oxuyur. Ən çox da kişi müğənnilər. Hərənin öz yolu var. İfa qulağa dəyən kimi bilmək lazımdır ki, oxuyan kimdir. Bəstəkara elə bil bazardan soğan, kartof sifariş edirlər. Mahnı istəmək əvəzinə deyirlər, mənə filankəsin oxuduğundan yaz. Axı başa düşmürlər ki, filankəs ifa etdi, hit oldu. Sənin o tərzdə oxuyacağın mahnı alınmayacaq, axı. Bu, savadsızlıqdır. Elə yeni çıxan müğənnilər var ki, mən çəkinmədən üzlərinə qarşı deyirəm ki, “siz oxumayın”. Hamı cızma-qara edib, adını bəstəkar qoyur. Gündə biri zəng edib, mahnı vermək istəyir. Bu gün Ramal İsrafilovun, Elçin Cəfərovun mahnıları, həqiqətən, alınır, gözəldir".

Geri qayıt