Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İrandan Azərbaycana şok ittiham: İsrailin məhv edilən pilotsuz təyyarəsi Azərbaycandan havaya qalxıb

İrandan Azərbaycana şok ittiham: İsrailin məhv edilən pilotsuz təyyarəsi Azərbaycandan havaya qalxıb


27-08-2014, 13:38
İrandan Azərbaycana şok ittiham: İsrailin məhv edilən pilotsuz təyyarəsi Azərbaycandan havaya qalxıb
DİA.AZ: - Bir müddət əvvəl İran mediası İsrail ordusuna aid olan casusluq edən pilotsuz təyyarəsinin vurulmuş fotolarını yayımlamışdı.

Dünən isə bu pilotsuz təyyarə ilə bağlı iranlı generallardan biri maraqlı açıqlama verib.

DİA.AZ-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən biri olan general Huseyn Salami bu haqda deyib: "İsrailin casus təyyarəsi İsraildən qalxmayıb. Biz bu ölkəni bilirik, lakin hələlik bu haqda əlavə məlumat vermək istəmirik."

İrandan Azərbaycana şok ittiham: İsrailin məhv edilən pilotsuz təyyarəsi Azərbaycandan havaya qalxıb

Qeyd edək ki, İranın Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə də, casus təyyarəsilə bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, bu casus təyyarəsi "Hermes" tipli pilotsuz təyyarə olub 800 km ərazidə əməliyyat aparmağa qadirdir və 1600 km uça bilir.

DİA.AZ bildirir ki, bu arada İran mediası ortaya iki versiya atıb. Fars-molla rejiminin mətbuatı iddia edir ki, İsrailin piltosuz təyyarəsi ya Türkiyədən, ya da Azərbaycan ərazisindən havaya qalxıb. Hər halda bu iddialar hələlik rəsmi Tehranın mövqeyi kimi ifadə olunmur.

Amma hiss olunanı odur ki, İran tərəfi məsələ ilə bağlı dolğöun bilgiləri verməməklə daha çox siyasi maraq güdür. Əgər həqiqətən də vəziyyət iddia olunduğu kimidirsə, o zaman Tehranla Azərbaycanın və yaxud da Türkiyənin mövqeləri əlavə olaraq gərginləşə bilər.

Onu da bildirək ki, İsrailin məhv edilən pilotsuz təyyarəsinin Türkiyədən havalanması az inandırıcıdır. Bunu da İran mediası iddia edir və bildirir ki, Ərdoğanın Tel-Əvivlə münasibətləri buna imkan vermir. Deməli, təj şübhəli tərəf bizik...

Geri qayıt