Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Güney Azərbaycan gənclərindən prezident İlham Əliyevə şok müraciət

Güney Azərbaycan gənclərindən prezident İlham Əliyevə şok müraciət


6-08-2014, 11:47
Güney Azərbaycan gənclərindən prezident İlham Əliyevə şok müraciət
DİA.AZ: - Redaksiyamıza Güney Azərbaycandan bir müraciət daxil olub. Özlərini «Azərbaycan fədailəri» adlandıran müraciət müəllifləri prezident İlham Əliyevə - Azərbaycanın Ali Baş Komandanına müraciət edərək, Qarabağ savaşında iştirak etmək niyyətində olduqlarını bildiriblər. DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur ki, bu gün müraciətə imza atanların sayı 2457 nəfərdir, amma hər an bu rəqəm artacaq.

Dia.az olaraq həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

«Cənab prezident. Biz hər zaman özümüzü azərbaycanlı hiss etmişik və siz bizim də prezidentimizsiniz. Bu gün biz Qarabağı itirməyimizin ağrısını yaşayırıq. Xəbər aldıq ki, artıq qeyrətimizi ortaya qoymağımızın vaxtı çatıb.

Biz Azərbaycan kişiləri olaraq sizə müraciət edirik və sizdən xahiş edirik ki, İran vətəndaşı olmağımıza baxmayaraq, bizim də Azərbaycanda hərbi xidmət çəkməyimizə şərait yaradasınız.

Bu gün Qarabağda kişilik savaşında iştirak eləmək, şəhid olmaq bizə də qismət olsun.

Cənab prezident, bizi bu şərəfdən məhrum etməyin.

Sizə böyük sayğılarla, Güney Azərbaycan fədailəri»

Geri qayıt