Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fizuli Ələkbərov nazir müavini ola bilməsi üçün hərəkətə keçib

Fizuli Ələkbərov nazir müavini ola bilməsi üçün hərəkətə keçib


30-07-2014, 14:35
Fizuli Ələkbərov nazir müavini ola bilməsi üçün hərəkətə keçib
DİA.AZ: - «Bir sıra nazirliklərdə kadr islahatlarının həyata keçiriləcəyi xəbəri yayılandan vəzifə başına keçmək istəyənlər də hərəkətə keçib». Bildirək ki, bu məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan ötürülüb. Məlumatı verən mənbə iddia edir ki, hətta nazir müavini ola bilməsi üçün bu gün bir çox dairələrin qapılarını döyənlər də var.

Mənbənin söylədikləri: «Məsələn, bu günlərdə vəzifəsindən azad edilən Füzuli Ələkbərovun belə yenidən vəzifəyə gələ bilməsi üçün müəyyən çevrələrlə danışıqlar apardığı məlum olur. Doğrudur, onun qələminin qırıldığı deyilir. Amma Füzuli Ələkbərova arxa duranlar da var».

Mənbəmiz iddia edir ki, amma Füzuli Ələkbərovun üsyan nəticəsində vəzifəsindən alınan, bir zamanlar İsmayıllı rayonuna rəhbərlik etmiş qardaşı üçün də vəzifə bazarlığında olduğu güman olunur: «Hər halda, Füzuli Ələkbərov bu hakimiyyət üçün yad bir adam deyil və onun hansı dairələrlə danışmağın vacib olduğunu bilməsi gözləniləndir. Artıq belə bir danışıqlar aparılır. Və ola bilsin ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri özü üçün yox, qardaşı üçün danışıq aparsın».

Bu arada bilgili qaynağın DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, Füzuli Əlkəbərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müavin getmək istəyir. Xatırladaq ki, bu günlərdə RYTN-yə iki nazir müavini təyin edilib və daha iki nazir müavini ilə bağlı təyinat da gözlənilir.

Mənbəyə görə, iddialılar arasında keçmiş ƏƏSMN şefi də var. Qeyd edək ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov da RYTN-də görəvləndirilib.

Geri qayıt