Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçısının qardaşı özünü Milli Qəhrəman kimi təqdim edir və…

İcra başçısının qardaşı özünü Milli Qəhrəman kimi təqdim edir və…


24-07-2014, 15:30
İcra başçısının qardaşı özünü Milli Qəhrəman kimi təqdim edir və…
DİA.AZ: - Bir müddət əvvəl Azərbaycan mətbuatında «erməni dığası Melkomyanı kim öldürüb» deyəbil müzkairə açıldı. Bu müzakirədə maraqlı olanı o idi ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşı, Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynov və onun yaxınları hər vəchlə iddia etdilər ki, bəs Melkomyanı məhz İbad Hüseynov öldürüb.

Bildirək ki, Qarabağ müharibəsində iştirak edən digər veteranların böyük əkvsəriyyəti İbad Hüseynovun iddialarını təkzib etsələr də, qardaşı icra başçısı olan keçmiş döyüşçünün yaxınları hətta «İbad Qəhrəman» adlı kitab da buraxdılar.

Təbii ki, bütün bunlar İbad Hüseynovun Milli Qəhrəman adı alması üçün göstərilən çabalar idi. DİA.AZ bildirir ki, hələ də belə bir titula layiq görülməyən İbad Hüseynov amma nədənsə hər yerdə özünü Milli Qəhrəman kimi təqdim edir.

Bununla bağlı DİA.AZ-a danışan kifayət qədər vəzifəli şəcslərdən biri bildirdi ki, Eyvaz Hüseynovun qardaşı ayrı-ayrı dövlət qurumlarına özünü Milli Qəhrəman kimi təqdim edir: «Hətta iddia edir ki, guya bu titulu ona Türkiyə hökuməti verib. Amma məlumdur ki, Türkiyədə belə bir titul yoxdur. Lap tutalım var və İbad Hüseynova da Türkiyə dövləti Milli Qəhrəman adını verib. Amma bu o demək deyil ki, bu adam hər qapını döyüb özünü Azərbaycanın Milli Qəhrəmanı kimi təqdim etməlidir. Bu addımı ilə o, ən azından şəhidlərimizin ruhunu təhqir edir, Milli Qəhrəmanlarımıza, Qarabağ uğrunda savaş amalımıza həqarətlə yanaşır».

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…

Geri qayıt