Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səlim Müslümov Fizuli Ələkbərovun ictimai nəzarət şuralarını niyə ləğv elətdirib?

Səlim Müslümov Fizuli Ələkbərovun ictimai nəzarət şuralarını niyə ləğv elətdirib?


23-07-2014, 14:59
Səlim Müslümov Fizuli Ələkbərovun ictimai nəzarət şuralarını niyə ləğv elətdirib?
DİA.AZ: - «Səlim Müslümov rəhbər təyin olunandan əmək və əhalinin sosial müdafiəsi nazirliyindəki bütün ictimai nəzarət xarakterli şuraların fəaliyyəti dayandırılıb. Əslində, bu qurumlar nazirliyin fəaliyyətinin daha da çevik hala gətirilməsi və səmərəli şəklə salınması baxımından əhəmiyyətli idi». Bunu DİA.AZ-a ƏƏSMN-dəki mənbə bildirir.

Xatırladaq ki, Səlim Müslümova qədər, yəni əvvəlki nazir Fizuli Ələkbərovun dövründə ƏƏSMN-də yaradılmış ictimai nəzarət şuraları fəaliyyət göstərirdi ki, heyəti ayrı-ayrı tanınmış ictimai xadimlərdən ibarət olan bu şuralar hətta digər nazirlik və dövlət qurumlarına da nümunə kimi göstərilirdi.

Son olaraq isə ƏƏSMN-də Əməyin Mühafizəsi üzrə Sosial Şuranın yaradıldığını bildirən qaynaq iddia edir ki, bu gün faktiki olaraq ictimai nəzarət şuralarının kənar tutulması Səlim Müslümovun nüfuzunun təsiridir: «Yəni kimsə onu bu şuralarla bağlı sorğu-sual edə bilmir. Halbuki bu şuralar nazirliyin işinə müsbət mənada ciddi təkan verirdi.görünəni odur ki, Səlim Müslümova əlavə nəzarətçi manne olur».

Geri qayıt