Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanın tanınmış iş adamlarından biri vətəni birdəfəlik tərk etdi

Azərbaycanın tanınmış iş adamlarından biri vətəni birdəfəlik tərk etdi


23-07-2014, 14:46
Azərbaycanın tanınmış iş adamlarından biri vətəni birdəfəlik tərk etdi
DİA.AZ: - Azərbaycanda adı ətrafında ən çox qalmaqalların yaşandığı və barəsində müxtəlif tikinti fırıldaqları ilə bağlı iddiaların dolaşdığı "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov Azərbaycandan gedib. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr xəbər ötürüb.

Məlumatlı mənbələrin dia.az-a bildirdiyinə görə, adı bir sıra tikinti fırıldaqlarında hallandırılan "Şərurlu İsfəndiyar"dan hökumətdə də ciddi narazıdırlar: “Neçə vaxt idi ki, ona qarşı təzyiqlər var idi. Onu hansısa məsələyə görə ciddi şəkildə sıxırdılar. Ona görə də o, ölkədən getmək zorunda qalıb”.

Hazırda Ukraynada "lövbər salan" "Şərurlu İsfəndiyar"ın orada özünə dəbdəbəli ofis açdığı və göydələn inşasına başlamağa hazırlaşdığı deyilir.

Geri qayıt