Əsas Səhifə > Güney Press, Şou-biznes > O, bəşər tarixində yeganə dörd oktavanı aşan müğənnilərdəndir...

O, bəşər tarixində yeganə dörd oktavanı aşan müğənnilərdəndir...


23-07-2014, 10:31
O, bəşər tarixində yeganə dörd oktavanı aşan müğənnilərdəndir...
Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 1941-ci ildə Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası ( nümunə üçün "Qaynana" filmində "Dilbərin" ariyası , " Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.

"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimovanın bir qızı və bir oğlu var.

Axşam.az kollektivi xalq artistini ad günü münasibətilə təbrik edir.

Geri qayıt