Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ŞOK: Əhəd Abıyevin rayonunda PKK yandaşları toplantı keçirib

ŞOK: Əhəd Abıyevin rayonunda PKK yandaşları toplantı keçirib


21-07-2014, 16:19
ŞOK: Əhəd Abıyevin rayonunda PKK yandaşları toplantı keçirib
DİA.AZ: - Azərbaycanda PKK-çı kürdlərin meydan sulaması barədə mətbuatda çox yazılıb. Təkcə PKK-nın Azərbaycanda kürdlərinin təşkilatı olan "Ronahi" Kürd Mədəniyyət Mərkəzi İctimai Birliyinin maneəsiz Abdulla Öcalanın təbliğatını aparması faktı ondan xəbər verir ki, bu təşkilat Azərbaycanda yüksək səviyyədə himayə olunur.

Bundan əlavə Türkiyədən PKK-çı kürdlərin Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilməsi faktı da mövcuddur ki, buna qarşı nəinki tədbir görülür, əksinə ölkəmizə kürd axını geniş miqyasda davam edir. Artıq PKK simpatizianları Azərbaycanın əyalatlərində də təşəbbüsü ələ keçiriblər. DİA.AZ-a daxil olan məlumatlar belə deməyə əsas verir. Məlumatlarda bildirilir ki, dünən Daşkəsəndə icra başçısı Əhəd Abıyevin rəhbəri olduğu Daşkəsən rayonunda kürdlərdən ibarət bir qrup seçki keçirilib.

Bu seçkinin mahiyyəti ondan ibarət olub ki, Daşkəsəndə məskunlaşan kürdlər öz aralarında bir nəfəri rəhbər seçirlər və həmin şəxs öz soydaşlarının problemlərinin həll etməyə məsul olsun.

Bundan əlavə mənbə onu da bildirir ki, Daşkəsəndə başqan seçkisindən sonra kürdlər Xoşbulaqda göstəri düzənləyiblər. Onlar göstəridə PKK-nın simvollarından da istifadə ediblər. Kürdlərin bu hərəkəti isə Xoşbulaqda istirahətə gəlmiş vətəndaşların qəzəbinə səbəb olub. Kürdlər onların qəzəblənməsindən istifadə edərək təxribat törətmək istəyiblər. Lakin vətəndaşlar təxribata uymayıblar.

Məlumatla bağlı Daşkəsənin icra başçısı Əhəd Abıyevlə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt