Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda bələdiyyə sədrlərindən biri həbs olunacaq

Bakıda bələdiyyə sədrlərindən biri həbs olunacaq


18-07-2014, 14:51
Bakıda bələdiyyə sədrlərindən biri həbs olunacaq
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən ötürülən informasiyada qeyd olunur ki, Bakının bələdiyyə sədrlərindən birinə qarşı xüsusi əməliyyat hazırlanır. Mənbə iddia edir ki, adı anonim saxlanılan vətəndaşdan külli miqdarda pul istəyən bələdiyyə sədri neçə müddətdir ki, təqibdədir.

Mənbənin söylədikləri: «Vətəndaş həmin bələdiyyə sədrinə torpaq sahəsi müraciət edib. Və bunun qarşılığında vətəndaşdan 20 min manat pul istənilib. Əsas kimi də torpaq sahəsinin bahalıcı göstərilib».

Onu da bildirək ki, hədəfdə olan bələdiyyə sədrinin kimliyinin müəyyənləşməsi istiqamətində apardığımız araşdırmalar davam edir.

Geri qayıt