Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümov daş karxanalarını yoxlatma qərarı verib

Səlim Müslümov daş karxanalarını yoxlatma qərarı verib


18-07-2014, 12:46
Səlim Müslümov daş karxanalarını yoxlatma qərarı verib
DİA.AZ: - Son zamanlar Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları ilə bağlı qalmaqallı məlumatlar yayılmaqdadır. Artıq elə bir təəssürat yaranır ki, sanki bu istiqamtdə tam özbaşınalıq mühiti var və dövlətin müvafiq qurumları hansısa formada müdaxilə iqtidarında belə deyillər.

Əslində reallıq tamam başqadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, bu gün daş karxanaları ayrı-ayrı məmurların himayəsi altında olduğundan və konkret olaraq bir sıra dövlət qurumları həmin karxanaları aylıq haqqa oturtduqlarından «bespredel» təəssüratı yaranır: «Hər kəsin arxasında kimsə dayanır və hər bir sahibkar güvəndiyi məmura söykənərək istədiyini edir ki, bu da nəticədə özbaşınalığa gətirib çıxarır».

Amma bütün bunlara son veriləcəyini bildirən mənbəmiz vurğuladı ki, bu günlərdə karxanalarda həm də ölüm hallarının artması səbəbindən daş karxanalarının yoxlanılması qərarı verilib: «Yoxlamalarda başlıca məqsəd özbaşınalığa nədən olan faktorların müəyyən olunmasından ibarətdir. Bundan sonra ola bilsin ki, karxanaçılıqla bağlı hansısa hüquqi prosedurlar düşünülüb, tətbiq ediləcək».

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, təftiş işləri əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçiriləcək.

onu da bildirək ki, bu gün karxana biznesinin arxasında ayrı-ayrı nüfuzlu məmurlar dayanır ki, bu sahədən də onlar hər ay milyonları qazanc kimi əldə edirlər.

Geri qayıt