Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hakimiyyətin iki oliqarx məmuru sərt formada xəbərdarlıq alıb

Hakimiyyətin iki oliqarx məmuru sərt formada xəbərdarlıq alıb


11-07-2014, 14:57
Hakimiyyətin iki oliqarx məmuru sərt formada xəbərdarlıq alıb
DİA.AZ: - Prezident İlham Əliyevin iqtidariçi qovğalara olduqca sərt reaksiya verməsini zaman-zaman müşahidə etmişik. Vaxtilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə təhsil naziri Misir Mərdanov arasında cərəyan edən konflikt zamanı da prezident sərt mövqeyini orta qoymuşdu və nəhayətdə onlardan birini istefaya göndərdi.

Elə keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əliyevin də məhz hakimiyyət içində daxili «razborka»lara həvəsli olmaları səbəbindən iqtidar düşərgəsindən qovulduqları iddia olunur.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, yenə də eyni qaydada addımlar atıla bilər. Söhbət konfliktdə olan məmurların cəzalandırılmasından gedir.

Hökumət içindəki qaynağın iddialarına görə, hal-hazırda bir-birilə intriqada olan iki nüfuzlu nazirə prezident tərəfindən ciddi xəbərdarlıq edilib: «Bu xəbərdarlıq sonuncusudur və artıq hər iki nazirin istefaya göndərilmələri üçün əmrləri də hazırdır. Amma kimin əmri imzalanacaq? Bunu zaman göstərəcək. Çünki xəbərdarlıq alan nazirlərin diqqətinə çatdırılıb ki, əgər iç çəkişmələrə həvəs göstərsələr, əsas səbəbkar, həvəskar tərəf vəzifəsindən azad ediləcək».

Onu da bildirək ki, mənbəmiz həmin nazirlərin adını açıqlamasa da, onlara parlament seçkilərinə qədər vaxtın tanındığını da söyləyib.

Geri qayıt