Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ŞOK: İrandan Azərbaycana təxribatçı dəstə göndərilib

ŞOK: İrandan Azərbaycana təxribatçı dəstə göndərilib


7-07-2014, 15:29
ŞOK: İrandan Azərbaycana təxribatçı dəstə göndərilib

DİA.AZ: - Son günlər Azərbaycan iqtidarı ilə anlaşmış kimi görünən Güney Azərbaycan torpaqlarını işğalı altında saxlayan fars-molla rejimi ölkəmizə qarşı yeni təxribatlar hazırlayır. Bu barədə DİA.AZ-a etibarlı mənbələrdən informasiya daxil olub.

Mənbə iddia edir ki, İran adlanan ərazidəki rejim rəsmi Bakını təmsil edən vəzifəli şəxslərə qarşı təbliğat-təşviqat kampaniyasını dayandırsa da, Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı fəaliyyətini hələ də davam etdirir və bu gün İranın antiAzərbaycan ruhlu ənənəvi mətbuatı çox xəfif şəkildə Azərbaycanın maraqlarını baltalamaqdadır.

Mənbənin söylədikləri: «Bəlkə də kimlərsə «artıq İran bizi söymür» deyə rahatlayıb. Amma fakt faktlığında qalır. İranın bu gün Azərbaycanda xüsusi missiyası fəaliyət göstərir və bu missiyanın başlıca məqsədi ölkəmizdə təfriqə salmaqdan ibarətdir».

Mənbə dia.az-a açıqlamasında bildirir ki, fars-molla rejimi rəsmi Bakı ilə müəyyən anlaşmaya gəlibmiş kimi görünür: «Amma vəziyət tamam fərqlidir.görüntüdə olan kimi deyil. Bu gün İran xəfiyyəsi olmamış kimi çalışır və Azərbaycanda vətəndaş toqqquşmasına nail olmaq istəyir».

Geri qayıt