Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Rövnəq Abdullayevlə bağlı ilginc qərar verilir - ARDNŞ şefi Fətullah Gülənin güdazına gedə bilər

Rövnəq Abdullayevlə bağlı ilginc qərar verilir - ARDNŞ şefi Fətullah Gülənin güdazına gedə bilər


1-07-2014, 15:41
Rövnəq Abdullayevlə bağlı ilginc qərar verilir - ARDNŞ şefi Fətullah Gülənin güdazına gedə bilər
DİA.AZ: - Özünü hər yerdə prezidentin yeni komandasının üzvü kimi təqdim edən və bu sarıdan da hələ uzun illər görəv başında qalacağına ümidli olan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyəsən, gümanlarında yanılıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan daxil olan informasiyadan belə anlaşılır ki, ARDNŞ şefi heç də düşündüyü kimi uzun müddətə vəzifə başında qalmayacaq.

Xatırladaq ki, az əvvəl Ziya Məmmədovun nəqliyyat naziri postundan azad ediləcəyi haqda informasiya vermişdik. Məlumatlı mənbələr bu xəbəri təsdiqləyirlər və dia.az-a açıqlamasında əlavə edirlər ki, tək Ziya Məmmədov yox, onunla yanaşı, daha bir neçə icra başçısı və habelə Dövlət Neft Şirkətinin prezidenti postunu tutan Rövnəq Abdullayev də tutduğu vəzifəsindən azad olunacaq.

Bildirək ki, bu günlərdə mətbuatda belə bir versiya səslənmişdi ki, hakimiyyət özünün kadr siyasətində kardinal dəyişiklikləri bu ilin sonlarına hesablayıb. Amma görünəni odur ki, bəzi fiqurlarla bağlı zərurət yarandıqda erkən müdaxilələrə də yol verilir.

Elə bunu dia.az-a açıqlamasında NK-dakı mənbə də təsdiqləyir və bildirir ki, yaxın günlərdə baş tutacaq dəyişiklik zamanı ARDNŞ şef idə görəvdən alınacaq: «Onunla bağlı qərarın verilməsində isə maraqlıdır ki, kənar müdaxilələr ciddi rol oynayıb».

Mənbəmiz dia.az-a açıqlamasında iddia edir ki, ARDNŞ şefi ilə bağlı qərarın verilməsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müstəsna rol oynayıb. Belə ki, Fətullah Gülənlə əlaqələri səbəbindən Rövnəq Abdullayevlə bağlı da tədbirin görülməsini rəsmi Bakıdan xahiş edən türkiyəli baş nazir ortaya çox ciddi dəlillər də qoyaraq bu münasibətlərin kifayət qədər şübhəli olduğunu əsəslandırıb.

Qeyd edək ki, bu vaxta qədər Fətullah Gülən cameəsinə yaxınlığı ilə seçilən iki vəzifəli şəxs görəvdən alınıb.

Geri qayıt