Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İran Messinin düzəltmə videosuna görə Argentinanın Azərbaycandakı səfirliyinə müraciət edib

İran Messinin düzəltmə videosuna görə Argentinanın Azərbaycandakı səfirliyinə müraciət edib


25-06-2014, 15:56
İran Messinin düzəltmə videosuna görə Argentinanın Azərbaycandakı səfirliyinə müraciət edib
DİA.AZ: - Deyəsən, bu fars-molla rejimi əməlli-başlı çaşıb. Hər halda bir neçə gün əvvəl Argentina yığmasının hücumçusu, məşhur futbolçu Messinin Yootube.com da yayımlanan video-montaj-müsahibəsinə İran mediasının bu şəkildə reaksiya verəcəyini gözləmirdik.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Hətta iş o həddə çatıb ki, İranın Azərbaycandakı səfirliyi belə Argentinanın Azərbaycandakı səfirliyinə etirazlarını çatdırıb və Messinin düzəltmə videosunun qarşısının alınması müraciətini edib.

Bunlar bir yana. DİA.AZ bildirir ki, bu gün də İran-Argentina futbol oyunu ilə bağlı düzəldilmiş həmin video-şarj fars-molla rejiminin mediasının əlində antiAzərbaycan təbliğatı üçün əlavə bəhanə rolunu oynamaqdadır.

Həmin bəhanədən yaranan antiAzərbaycan ruhlu məqalələrdən biri “arannyus” portalında yer alıb:

“Argentinanın dünya şöhrətli futbolçusu Lionel Messinin iki il bundan əvvəlki müsahibəsini güya tərcümə edib, ifrat türkçülərin yersiz iddialarını montaj edən türkçülər özlərini biabır ediblər.

Təəssüflə bəzi Azərbaycan saytları da bu gülünc videonu real bir xəbər kimi təqdim ediblər.

Xatırladaq ki, ifrat türkçülər İrana qarşı məntiqsiz hislərini müxtəlif sahələrdə büruzə vermək üçün ciddi fəaliyyətlərindən tutmuş komik fəaliyyətlərinə qədər, ağılasığmaz təhriflərə əl atırlar. O cümlədən tarix kitablarında Messinin müsahibəsinin üzərinə yazılmış yersiz sözlərə oxşarlıqlara xeyli rast gəlmək olar. Bu qəbildəndir son illərdə Azərbaycan respublikasında Cavadxan ilə bağlı istehsal olunmuş bahalı filmdə Cavadxanın dilindən yazılmış dialoqlar, indiki yeniyetmə və gənc ifrat türkçülərin leksionuna bənzədilmişdir.

Həmçinin vaxtaşırı Bakıda və digər yerlərdə Azərbaycanlçılıq iddiası ilə keçirilən tədbirlərdə oxşar çıxışlar olunur”.

DİA.AZ həmin qalmaqallı videoşarjı təqdim edir:


Geri qayıt