Əsas Səhifə > Güney Press, Şou-biznes > "Xumar xanım əziyyət çəkib bəstəni aranjiman etdirib"

"Xumar xanım əziyyət çəkib bəstəni aranjiman etdirib"


23-06-2014, 11:22
"Xumar xanım əziyyət çəkib bəstəni aranjiman etdirib"
Müğənni Xatirə İslam bu yaxınlarda Türkiyədən qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin qardaş ölkədə plastik əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb.
İfaçı “Onlar” verilişinə açıqlamasında bunu təkzib edib:

“Heç bir əməliyyat etdirməmişəm. Sadəcə, oraya gəzməyə yollandım. Mən xaricdə alış-veriş etməyi xoşlayıram. Özümə bir-iki bəyəndiyim geyim aldım”.

Qeyd edək ki, Xatirə müğənni Xumar Qədimovadan sonra türk bəstəsi “Təsbeh”i oxumağa qərar verib. O, bunun üçün sənətçidən icazə aldığını deyib:

“Mahnıdan daha öncədən xoşum gəlirdi. Xumar xanım əziyyət çəkib bəstəni aranjiman etdirib, səsləndirib. Mən də onunla məsləhətləşdim, icazə istədim. Bunu mütləq etməliydim. Çünki aranjiman onundur. Xumar xanım da dedi ki, Xatirə, ayıb deyil, mahnı sənə qurbandır. Amma mən mahnını televiziyada səsləndirməyəcəm, yalnız toylarda oxuyacağam. Çünki bu, artıq düzgün olmaz. Mənim mahnılarımı da digər müğənnilər ifa edə bilər. Əlbəttə ki, icazəsiz olsa, xətrimə dəyər”.



Geri qayıt