Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Əzizov illər ərzində arzuladığı posta təyin edilmək üzərədir

Eldar Əzizov illər ərzində arzuladığı posta təyin edilmək üzərədir


20-06-2014, 14:50
Eldar Əzizov illər ərzində arzuladığı posta təyin edilmək üzərədir
DİA.AZ: - «Sumqayıtın şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu günlərdə vəzifəsindən alınaraq Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin olunacaq». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xatırladaq ki, çoxdandır həm BŞİH rəhbəri postunda dəyişikliyin olacağı anons edilir, həm də Eldar Əzizovun Hacıbala Abutalıbovu əvəzləyəcəyi. Amma Gəncə ŞİH-dən Sumqayıtın rəhbərliyinə gətirilən Eldar Əzizovun bu arzusu gerçəkləşməmiş olaraq qalmaqda idi.

Məlumatlı mənbənin dia.az-a söylədiyinə görə, artıq Sumqayıt şefi istəyinə çatmaq üzərədir və hakimiyyətin üst düzəyində bu dəyişikliyə xeyir-dua verilib.

Qeyd edək ki, Eldar Əzizovla yanaşı, daha bir neçə nüfuzlu şəxs BŞİH rəhbərliyi uğrunda mübarizə aparırdı. Onların sırasında hazırda Şirvana rəhbərlik edən - Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Mərdan Camalov da var.

Geri qayıt