Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bərdə fermerləri yerli Baytarlıq İdarəsindən narazılıq edirlər

Bərdə fermerləri yerli Baytarlıq İdarəsindən narazılıq edirlər


17-06-2014, 14:26
Bərdə fermerləri yerli Baytarlıq İdarəsindən narazılıq edirlər
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Bərdə sakini yerli Baytarlıq İdarəsindən şikayətçidirlər. DİA.AZ-ın elektron ünvanına yazan Bərdə sakinləri bildirirlər ki, kənd təsərrüfatı nazirliyi Baytarlıq İdarəsinin Bərdə şöbəsinin rəisi bu gün dövlətin hesabına özünə varlanma yolu seçib.

Mənbənin söylədikləri: «Bərdə rayon Baytarlıq İdarəsinin rəisi olan Yavər müəllim bu gün fermerlərə pulsuz olaraq paylanmalı olan dabax vaksinini və heyvandarlıq üçün ən əhəmiyyətli hesab olunan «la-sota» vaksinini apteklərdə satdırdığından müraciət edən fermerlərə hər zaman ənənəvi rədd cavabı verilir».

Sakinlər dia.az-a bildirir ki, dəfələrlə bu barədə Yavər müəllimin özünə şikayət etsələr də, o, fermerlərə sərt cavab verərək bildirib ki, əks halda nazirlikdən tələb olunan aylıq 5000 manatı yığıb-toplaya bilməz.

Daha sonra narazı bərdəlilər yazır: «Yavər müəllimin tək qazancı vaksinlər deyil. Bunu Bərdədə bilməyən yoxdur. Elə qəssablardan, mal-heyvan bazarından bir aya 10 min manatdan artıq pul yığır və qarşılığında kimsəyə çek də vermir. Bu isə o deməkdir ki, həmin pulların böyük əksəriyyəti mənimsənilir. Əgər belədirsə, heç olmasa vaksinləri satışdan yığışdırsın. İnsafı olsun»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt