Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Üç rayonun icra hakimiyyəti başçısı təriqətlərin güdazına gedə bilər

Üç rayonun icra hakimiyyəti başçısı təriqətlərin güdazına gedə bilər


13-06-2014, 15:02
Üç rayonun icra hakimiyyəti başçısı təriqətlərin güdazına gedə bilər
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza hakimiyyətin icra başçıları ilə bağlı növbəti ələmə prosesinə tədarük görməsilə bağlı informasiya daxil olub. Hökumətdəki bilgili qaynaqların DİA.AZ-a ötürdüyü xəbərə görə, Neftçala, Saatlı və Sabirabad rayon icra hakimiyyəti başçılarının vəzifələrindən alınması qərarlaşdırılıb.

Mənbə iddia edir ki, hər üç rayonun icra başçısının fəaliyyətiylə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və prezidentin şəxsi ünvanlarına yüklü sayda şikayət məktubu ünvanlanıb ki, bundan sonra aparılan araşdırmalar nəticəsində icra başçılarının yerlərdə ciddi narazılıq yaratdıqları, onların hətta vətəndaş toqquşmalarına rəvac verən addımlardan çəkinmədiyi müəyyənləşib.

Bəlli olub ki, konkret olaraq Sabirabad rayon icra hakimiyyətinin başçısının fəaliyyəti və yaxud da fəaliyyətsizliyi səbəbindən rayon ərazisində günü-gündən mövqelərini möhkəmləndirən İrana yaxın olan çevrələr vətəndaş toqquşmasına gətirib çıxaran bir sıra təhrik xarakterli hərəkətdə bulunublar.

Mənbənin dia.az-a söylədikləri: «Anoloji olaraq Saatlı və Neftçala ərazisində də məhz təriqətlərin, xarici qüvvələrə bağlı dairələrin təxribat törətməyə meyilli olmalarını sübutlayan yetərincə dəlillər əldə edilib ki, bu faktlar hər üç rayonun rəhbərliyində dəyişikliyi zərurətə çevirib».

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Geri qayıt