Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fətullah Gülənlə şəxsən təmasda olmuş Azərbaycanın baş nazirinin müavini işdən alınır

Fətullah Gülənlə şəxsən təmasda olmuş Azərbaycanın baş nazirinin müavini işdən alınır


6-06-2014, 15:21
Fətullah Gülənlə şəxsən təmasda olmuş Azərbaycanın baş nazirinin müavini işdən alınır
DİA.AZ: - Nazirlər Kabinetində çoxdandır planlaşdırılan kadr islahatları yaxın günlərdə icra oluna bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə məlumat verib.

Daxil olan informasiyaya görə, əslində gözlənilən kadr dəyişikliyi həm də bir müddət əvvəlindən iqtidar düşərgəsində başlayan «nurçu ovu»nun davamı kimi də qəbul edilə bilər.

Məlumatlı mənbənin dia.az-a söylədikləri: «Baş nazirin müavini Elçin Əfəndiyev hədəfdədir. Bu adam uzun illərdir ki, nurçuları - Fətullah Gülən tərəfdarlarını Azərbaycanda himayə edən 3 əsas adamdan biridir. Onun adı bu günə kimi bir çox qalmaqallarda hallandırılıb.

Hətta keçmiş ABU rektoru Elşad Abdullayevin iddiası ilə Elçin Əfəndiyevin köməkçisi sabiq rektordan 1 milyon almaqda ittiham edilərək mühakimə olundu.

Elçin Əfəndiyevin özünə gəlincə isə onun Fətullah Gülənlə şəxsən görüşdüyü söylənilir».

Məlumatı verən mənbə dia.az-a onu da bildirib ki, Elçin Əfəndiyevlə yanaşı NK-nın daha iki yüksək ranqlı çinovniki vəzifəsindən alınacaq.

Geri qayıt