Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Millətçi gənclər Zakir Həsənova maraqlı təklifdə bulundular

Millətçi gənclər Zakir Həsənova maraqlı təklifdə bulundular


5-06-2014, 18:23
Millətçi gənclər Zakir Həsənova maraqlı təklifdə bulundular
DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən millətçi gənclər təşkilatı adından Müdafiə Naziri Zakir Həsənova ilginc müraciət ünvanlanıb. DİA.AZ olaraq müraciətin redaksiyamıza daxil olan mətnini olduğu kimi diqqətənizə təqdim edirik:

«Canib nazir. Biz bu ölkənin superetnosu və sahibi olan Azərbaycan türklərinin fəal gəncləri adından Sizi alqışlayırıq. Xüsusən də sizin cəbhə xəttində əsgərlərimizə verdiyiniz «DÜŞMƏNƏ QARŞI AMANSIZ OLUN» təlimatınızın bu millətin ürəyincə olduğunu diqqətinizə çatdırır və buna görə Sizə təşəkkür edirik.

Cənab nazir. Sizin vəzifəyə təyin olunduğunuz ilk günlərdə ordumuzdakı problemlərlə bağlı müəyyən addımlar atacağınıza inanırdıq və indi də inanırıq. Sizə qarşı mətbuatda olan ittihamlarla da tanışıq.

Unutmayın ki, bütün bu ittihamlar, hansısa jurnalistlərin yazdıqları Qarabağ problemi kimi bir missiya ilə yüklənmiş Azərbaycan ordusuna rəhbərlik edən şəxs üçün - Sizin üçün heç bir əhəmiyyət daşqımamalıdır.

Bizim bu ölkənin millətçi gəncləri olaraq Sizdən ricamız var. Əsgərlərimiz sizə əmanət. Çünki vətənimiz, millətimiz də əsgərlərimizə əmanətdir.

Bu gün Azərbaycan türkü, Azərbaycan dövləti əsgərlərinə söykənib. Siz də əsgərlərimizə rəhbərlik edirsiniz. Ümid edirik ki, Sizin üçün də əsəgrlərimizin ruh yüksəkliyi birinci şərtdir.

Biz millətçi gənclər olaraq ayrı-ayrı hərbi hissələrdə məhz ordumuzun hərbi vətənpərvərlik ruhunun artırılması məqsədilə tədbirlər düzənləməyə hazırıq. Bununla bağlı Sizin də dəstəyinizə ümid edirik.

Ruhu yüksək olan Azərbaycan əsgəri üçün İrəvanın azadlığı belə çətin bir iş deyil.

Tanrı Sizi və əsgərlərimizi qorusun…

Elnur ATATURAN
Millətçi Gənclər Hərəkatının başqanı»

Geri qayıt