Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Türk Dünyası adına böyük rəzalətə imza atıldı - Separatçı kürd millətçisi «türk alimi» kimi təqdim olundu

Türk Dünyası adına böyük rəzalətə imza atıldı - Separatçı kürd millətçisi «türk alimi» kimi təqdim olundu


30-05-2014, 12:57
Türk Dünyası adına böyük rəzalətə imza atıldı - Separatçı kürd millətçisi «türk alimi» kimi təqdim olundu
DİA.AZ: - Bu günlərdə qardaş Türkiyənin Əskişəhər şəhərində keçirilən Türk Dünyasının Bilgələr Zirvəsində biabırçı bir olay yaşanılıb. DİA.AZ bildirir ki, bu barədə tanınmış türk millətçisi Güllü Yoloğlu özünün «facebook» səhifəsində məlumat verib.

Aydın olur ki, qeyd olunan toplantıda bu gün Azərbaycanda da kifayət qədər tanınan və bütün nurçuların əsas ideoloqu hesab olunan Səid Nursi də Türk Dünyasının məşhur elm adamı, alimi, bilgəsi kimi təqdim olunub.

Türk Dünyası adına böyük rəzalətə imza atıldı - Separatçı kürd millətçisi «türk alimi» kimi təqdim olundu

DİA.AZ bildirir ki, Səid Nursinin isə nəinki elmə, həm də türklüyə aidiyyatının olmadığı hər kəsə məlumdur. Belə ki, hazırda nurçuların müqəddəs kitabımız olan Qurani-Kərimdən belə üstün hesab etdikləri «Risaleyi-Nur» kitabları toplusunun müəllifi olan Səid Nursi əslində bir kürd millətçisi olub və onun Səid Kürdi imzası ilə keçən əsrin əvvəllərində «Kürd millətçiliyi» kitabına müəlliflik etdiyi də məlumdur.

Bundan əlavə, Səid Kürdi Atatürkün zamanında belə Türkiyə respublikasına qarşı kürd qiyamlarının qaldırılmasında fəal iştirak edib, təqib olunub.

Türk Dünyası adına böyük rəzalətə imza atıldı - Separatçı kürd millətçisi «türk alimi» kimi təqdim olundu

İndi isə Ərdoğanın dövlətçilik ideologiyasıünı darmadağın etdiyi qardaş Türkiyədə belə bir şəxs Türk Dünyasının bilgələrindən biri kimi təqdim olunur.

DİA.AZ onu da bildirir ki, həmin tədbirdə iştirak edən Güllü Yoloğlu bu hadisəni etirazla qarşılayıb. Maləsəf, etirazın özü belə nəyinsə dəyişdirilməsində yetərli olmayıb.

Geri qayıt