Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Mikayıl Cabbarovun kadrları aylıq “paket” alırlar - Təhsil nazirliyində maxinasiyalarla bağlı şok ittiham

Mikayıl Cabbarovun kadrları aylıq “paket” alırlar - Təhsil nazirliyində maxinasiyalarla bağlı şok ittiham


30-05-2014, 08:59
Mikayıl Cabbarovun kadrları aylıq “paket” alırlar - Təhsil nazirliyində maxinasiyalarla bağlı şok ittiham
DİA.AZ: - Redaksiyamıza “Əkbər Seyidov” imzası ilə bir məqalə daxil olub. Məqalədə təhsildə baş verən özbaşınalıqlardan bəhs olunur. DİA.AZ olaraq məqaləni bəzi fikirlərin ixtisarı ilə diqqətinizə təqdim edirik:

“Hörmətli Dia.az son zamanlar saytınızda Təhsil Naziri Mikayıl Cabbarov haqqında deyilən və yazılan itthamlara, bir il ərzində işlədiyi dövr ərzində yol verdiyi nöqsanlar barədə və söylənilən mənfi fikirlər haqqında dəfələrlə məlumatların verilməsinə baxmayaraq nə nazir Mikayıl Cabbarov, nə də ki Təhsil Nazirliyində vəzifə tutan hər hansı bir şəxs tərəfindən heç bir münasibət bildirilməyib.

Qonşu Türkiyə Respublikasında hətta baş nazir barəsində mətbuat, telvizya və digər Kütləvi İnformasiya Vasitələrində hər hansı bir mənfi fikir səslənən zaman bu ölkənin baş naziri dərhal həmin məsələyə öz münasibətini bildirir. Lakin Amerika Birləşmiş Ştatları kimi bir demokratik ölkədə guya təhsil almış Mikayıl Cabbarovun bu işlərə belə laqeyd münasibət bəsləməsi çox təəccüblüdir.

Gözləyirdik ki, Mikayıl Cabbarov vəzifəsinin icarsına başladığı ilk günlərdə söylədiyi kimi hər zaman o mətbuatla və mətbuat işçiləri ilə bir araya gələcək onları maraqlandıran suallara, məsələlərə cavablar verəcək, Təhsil Nazirliyin qapısı mətbuat işçilərinə üzünə həmişə açıq olacaq, demokratiya və açıq söz prinsiplərinə əməl edəcəkdir. Ancaq bu heç də belə olmadı. Mikayıl Cabbarovun qapısı nəinki mətbuata, mətbuat işçilərinə hətta bütün təhsil ictimaiyyətinə bağlı qaldı.

Mikayıl Cabbarov bütün bunlarla yanaşı nazirliyin aparatında əməlli başlı ögey doğmalıq prinsipləri tətbiq edir. Özünün təşəbbüsü ilə Nazirliyin aparatına gətirdiyi adamlar üçün aylıq konvert şəkilində ödənclər müəyyənləşdirmişdir. Məsələn nazir müavini Ceyhun Bayramov Nazirlikdə baş verən maliyyə əməliyyatlarının 5%-nə şərikdir, çünki onun qardaşı Maliyyə nazirinin müavini və dövlətin baş xəzinədarı Azər Bayramovdur. Aparatın rəhbəri Mətin Eynullayevə hər ay 10 min manat məbləğində, nazirin köməkçisi Əlipaşa Zeynalova 10 min manat, nazirin digər köməkçisi Anar Mahmudova 5 min manat, İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucova 10 min manat, Nazirliyin şöbə müdiri və eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin birinci müavini Elnur Əliyevə 10 min manat və Nazirliyin Xarici əlaqələr şöbəsinin müdirinə 5 min manat məbləğində konvert verir. Bu siyahını çox uzatmaq olar. Bir sözlə, Mikayıl Cabbarov öz kadrlarına qarşı əməlli görüm-baxım edərək onlara doğmalıq göstərir, Misir Mərdanov dövründən qalmış təcrübəli və bacarıqlı kadrlara isə müxtəlif yollarla təzyiqlər edir.

Azərbaycanda Vergilər Nazirliyi sistemində çalışan işçilər dövlətə vergi verməkdən yayınan şəxsləri və şirkətləri müəyyənləşdirikləri zaman rəhbərləri tərəfindən müəyyən məbləğdə konvert alırlar. Dövlət Gömrük Komitəsində çalışan işçilər gömrük rusumu ödəməkdən boyun qaçıran şəxsələri aşkar etdiyi halda müsadirə etdikləri malları hesabına mükafat şəklində əlavə ödənclər alırlar. Dövlət Yol Polisinin işçiləri yol hərəkəti qaydalarının pozulmasından yığılan cəirmələr hesabına mükafat alırlar. Bu zaman dövlətə heç bir ziyan dəyilmədən bu ödənclər həyata keçrilir.

Burda sual olunur, yeni Təhsil Nazirimiz Mikayıl Cabbarov bəs hansı mənbələr hesabına bu “doğmalarına” konvert şəklində mükafat verir? Burda yalnız bir cavab vardır , nazir Mikayıl Cabbarov deyildiyi kimi mətbuat və KİV-də qeyd olunduğu kimi dövlət vəsaitinin mənimsənilməsi və talan olunması ilə məşğuldur, ona görə də o, bu prosesdə ona yardım edən yaxın çevrəsini əlavə ödənclərlə mükaflandırır.

Əgər bu mükafat verilməlidirsə o zaman Aparatın daha təcrübəli və yerində olan mütəxəssislərinə də verilsin. Demək, burdan belə bir nəticəyə gəlmək olar ki, nazir Mikayıl Cabbarov əməlli-başlı korrupsiyaya bulaşmışdır. Ən azından həmin “mükafatların” qaynağı müəyyən olunmayana, elan edilməyənə qədər bu qənaət hökmranlıq edəcək...

Mikayıl Cabbarov ayda 100-200 manat məbləğində əmək haqqı alan zavallı müəllimlərə də əlavə əmək haqqı kimi ödəsin. Yox əgər o bunu edə bilmirsə, o zaman nə özü, nə də ki, yaxın çevrəsi bu ödəncləri almamlıdırlar. Əgər o bunu edə bilmirsə, onda keçmiş nazir Misir Mərdanovun atasına çox böyük rəhmət düşür. Çünki onun işlədiyi dövrdə ölkənin bütün müəllimləri mükafat ala bilməsələr də, heç olmasa da ən yaxşı 100 müəllimi hər il ölkə başçısı tərəfindən 5 min manat məbləğində pulla mükafatlandırılırdılar.

Mikayıl Cabbarov bu işlədiyi müddət ərzində məntiqsiz əsassız təkliflər irəli sürməklə özünü bir islahatçı nazir kimi ictimaiyyətə təqdim etmək istəyib. Bu yaxınlarda müəllimlərin and içməsi ilə bağlı imzaladığı gülünc bir əmr ölkənin təhsil ictimayyəti tərfindən çox qəzəblə qarşılanmışdır. İlk nazir təyin olunduğu günlərdə mətbuata verdiyi müsahibələrdə müəllimlərin əmək haqqının artırılmasına söz verən nazir heç bu məsələni yada salmayaraq onları acqarına and içməyə məcbur edir. Atalar burda yaxşı deyiblər, toxun acdan nə xəbəri”...

İttihamlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt