Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > «NAR Mobile» Azərbaycan bazarından çıxmaq məcburiyyətində qalıb - Şirkətin 60 milyon manata qədər borcu var

«NAR Mobile» Azərbaycan bazarından çıxmaq məcburiyyətində qalıb - Şirkətin 60 milyon manata qədər borcu var


20-05-2014, 15:06
«NAR Mobile» Azərbaycan bazarından çıxmaq məcburiyyətində qalıb - Şirkətin 60 milyon manata qədər borcu var
DİA.AZ: - «NAR Mobile» şirkətinin Azərbaycandakı fəaliyyəti dayandırılır. Bu barədə DİA.AZ-a məlumat verən etibarlı mənbələr bildirir ki, şirkət yaxın günlərdə Azərbaycan bazarını birdəfəlik olaraq tərk edir.

Qeyda edək ki, “Azerfon” MMC 21 mart 2007-ci il tarixdə “Nar Mobile” ticarət markası altında Azərbaycan ərazisində fəaliyyətə başlayıb və bu gün mobil operator bazarında kifayət qədər ciddi yerə malikdir.

Şirkətin arxasında duran qüvvələrlə bağlı isə bu günə qədər müxtəlif məlumatlar yayılıb. Hətta yayılan xəbərlərin birində qeyd olunurdu ki, «Nar Mobile» şirkətini Rusiyanın prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşına bağışlayıblar.

Dia.az-a daxil olan informasiyaya görə, hazırda şirkətin Azərbaycan dövlətinə iri həcmdə borcu yaranıb. Təxminən 60 milyon manata yaxın borcun yarandığını bildirən mənbə şirkətin fəaliyyətini dayandıra biləcəyini də vurğulayıb.

Mənbənin söylədikləri: «Artıq bu addım qaçılmaz qərardır. Çünki şirkət əvvəlki qədərində himayə altında deyil».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt