Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılır

Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılır


16-05-2014, 15:04
Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılır
DİA.AZ: - Ətrafında müxtəlif oyunlar gedən «Binə» Ticarət Mərkəzinin fəaliyyətini dayandıra biləcəyi haqda yeni məlumatlar yayılıb. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb. Xatırladaq ki, əvvəl yayılan informasiyalarda ticarət mərkəzinin yerləşdiyi hazırki ərazidə böyük inşaat işlərinin həyata keçiriləcəyi və bu səbəbdən də söküləcəyi deyilirdi.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, «Binə» ticarət mərkəzilə bağlı yeni plan işə salınır. Məlumatı verən mənbəyə görə, yaxın günlərdə Kəbirə Məmmədova bütün mövqelərindən imtina edəcək.

Mənbənin söylədikləri: «Kəbirə Məmmədova onsuz da orda faizə oturmuşdu. İndi isə «Binə»ni onun əlindən birdəfəlik alırlar». «Binə»nin fəaliyyəti dayanmasa da, profili təxmini olaraq dəyişmiş olacaq. Yəni «Binə» əvvəlki «AMAY» ticarət mərkəzi kimi brend dükanların yerləşdiyi məkana çevriləcək. Yəni ucuz mallar satan dükanlar isə qarşıdakı «Karvansaray» ticarət mərkəzinə köçürüləcək».

Geri qayıt