Əsas Səhifə > Güney Press, Şou-biznes > Xuraman anasının son arzusunu gerçəkləşdirə bilmədi
Xuraman anasının son arzusunu gerçəkləşdirə bilmədi16-05-2014, 12:17 |
Müğənni Xuraman Şuşalı “Öz aramızda” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl dünyasını dəyişən anasından danışan sənətçi onun son arzusunu gerçəkləşdirə bilmədiyini deyib: “Əvvəlcə anam öz anasının qəbrində dəfn olunmağı arzulayırdı. Sonra dedi ki, Ağcabədiyə gedib-gəlmək övladlarıma əziyyət olacaq. Ona görə də Mir Mövsüm Ağanın ziyarətgahında dəfn edilməyini istədi. Anam xəstə idi, bununla bağlı vəsiyyətini öncədən demişdi. Dünyasını dəyişən gün ağzım qapandı. "Yetimin dili olmaz" deyirlər. Onurğam qırıldı. Çəkildim kənara ki, nə istəyirlər, etsinlər. Hüzr mərasimi anamın ata ocağında oldu. Xalalarım, dayılarım rayona aparmaq istəyirdi, mən də razılaşdım”. Geri qayıt |