Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şok: Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər – Bu hadisə nazirin özünü də bitirəcək

Şok: Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər – Bu hadisə nazirin özünü də bitirəcək


7-05-2014, 15:07
Şok: Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər – Bu hadisə nazirin özünü də bitirəcək
DİA.AZ: - “Dünən Nizami Rayon Polis İdarəsinə çağırıldım. Məni döyən Firuzu tutmuşdular. Firuz dindirilmə zamanı etiraf etdi ki, məni sifariş əsasında döyüb. Firuz özü təhlükəsizlik xidmətində işləyir. Rəisi Tural Bayramov adlı K-1 idman növü üzrə peşəkar döyüşçüdür. Firuz dedi ki, rəis mənə tapşırıq verdi və dedi ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Güman edirəm ki, bunun arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da var. Əsas Tural Bayramov tutulandan sonra bu daha da aydın olacaq”. Bildirək ki, bu açıqlamanı yerli mətbuata bir müddət öncə döyülən “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğlu verib. Qeyd edək ki. artıq döyənlərin də sifarişçinin kimliyi bəlli olub.

DİA.AZ-a bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən daxil olan informasiyada isə bildirilir ki, artıq ibtidai istintaq zamanı hadisənin motivləri müəyyənləşib və bəlli olub ki, həqiqətən də jurnalistə qarşı edilən basqında sifarişçi var və bu adam da nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovdur.

Şok: Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər – Bu hadisə nazirin özünü də bitirəcək

Xatırladaq ki, Aynar Məmmədovun adı buna qədər də mətbuatda hallandırılıb və özünün avtoşluğu ilə cəmiyyətə təqdim olunan deputat oğlu həm də bahalı həyat tərzi ilə diqqətə gəlməkdədir.

Bu dəfə isə deputat oğlunun adı bir basqın sifarişçisi kimi hallandırılır. Məlumatlı mənbənin dia.az-a söylədiyinə görə, istintaqa deputat oğlunun dəvət olunması da gözləniləndir.

Mənbənin söylədikləri: «Bununla bağlı «yuxarılardan» müvafiq icazə istəniləcək. Çünki bütün dəlillər Aynar Məmmədova qarşıdır və bui şin arxasında birbaşa olaraq deputat oğlu dayanır. Əgər fakt təsdiqini taparsa, Elton Məmmədovun oğlu həbs də edilə bilər».

Şok: Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər – Bu hadisə nazirin özünü də bitirəcək

Bildirək ki, məmur övladlarının, yaxınlarının harınlığı mövzusu dəfələrlə gündəmə gəlib. Və bu məsələdə prezident İlham Əliyevin həddindən artıq həssaslıq nümayiş etdirməsi də məlumdur. Artıq övladının, yaxınının harınlığına görə neçə vəzifəli şəxs də postunu itirib. Bu olay demək olar ki, tək Elton Məmmədovu yox, Ziya Məmmədovun özünü də bitirə bilər.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt