Əsas Səhifə > Güney Press, Şou-biznes > Ebru Polad azərbaycanlı sevgilisinin şəklini üzə çıxardı

Ebru Polad azərbaycanlı sevgilisinin şəklini üzə çıxardı


6-05-2014, 10:59
Ebru Polad azərbaycanlı sevgilisinin şəklini üzə çıxardı
Ötən günlərdə sevgilisindən ağız dolusu danışan türk ifaçısı Ebru Polad yeni fotolarını paylaşıb.

ANS PRESS-in məlumatına görə, ailə həyatı qurmağa hazırlaşan müğənni adını hər kəsdən gizli saxladığı sevgilisinin şəklini ilk dəfə paylaşıb. Sevib, seçdiyi insanın iş adamı olduğunu deyən Ebru sevgilisi ilə birlikdə avtomobilin içində çəkdiyi fotonu WhatsAppda baş şəkilə qoyub.

Qeyd edək ki, bu yaxınlarda konsert proqramı ilə Avropa turuna çıxmağa hazırlaşan ifaçı ötən günlərdə ailə quracağı insan barədə maraqlı açıqlamalar verib. Konsert turuna hazırlaşan Ebru, çıxış etmək üçün Milana üz tutduğunda lazım olan sənədlərini də özü ilə götürəcəyini və məhz orada nikah tarixi müəyyənləşdirəcəyini vurğulayıb.

Ebru Polad azərbaycanlı sevgilisinin şəklini üzə çıxardı

İfaçı Milanı çox sevdiyini, orada evlənib və evlilik alış-verişi edəcəyini bildirib: "Ebru Polad deyəndə kişilərin ağlına dəb və alış-veriş gəlir. Çünki geyim barədə diqqətçiləm, mütləq brend olmalıdır. Mağazalar yeni geyimləri gəldikdə ilk mənə zəng vururlar. Bu uşaqlığımdan belədir, geyimlərimə qarşı çox həssasam". Jurnalistin, "Alış-verişə nə qədər pul xərcliyirsən?" sualına isə, Ebru belə cavab verib: "Tam olaraq nə qədər xərclədiyimi demək ayıb olar, bunu açıqlamaq düzgün deyil. Amma çox deyil, iki həftədən bir mağazalara gedirəm".

Geri qayıt