Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Qafqaz» Universitetinin rektoru ilk təhlükədəcə müqəddəs hesab etdiyi kitabdan imtina edib

«Qafqaz» Universitetinin rektoru ilk təhlükədəcə müqəddəs hesab etdiyi kitabdan imtina edib


21-04-2014, 17:22
«Qafqaz» Universitetinin rektoru ilk təhlükədəcə müqəddəs hesab etdiyi kitabdan imtina edib
DİA.AZ: - Az əvvəl belə bir məlumat yayıldı ki, əslində “Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur” Azərbaycanda illər əvəl qadağan olunub.

Bildirək ki, “nurçu”ların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.

Hər halda, bu faktın özü kifayət qədər ilginc mətləblərdən xəbər verməkdədir. Çünki hələ də bu məlumat ictimailəşdirilməyib və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin belə bir qərarı verməsinə baxmayaraq müəllifi zamanında kürd millətçisi kimi tanınmış və bütün mahiyyətiylə bölücü kürd kimi xarakterizə olunan Səid Kürdi (Nursi) olan «Risaleyi Nur - Nur Risalələri» kitabı Azərbaycanda hətta açıq satışda da olub və yalnız son aylarda yığışdırılıb.

«Qafqaz» Universitetinin rektoru ilk təhlükədəcə müqəddəs hesab etdiyi kitabdan imtina edib

DİA.AZ-a isə bu arada maraqlı bir məlumat da daxil olub. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, son günlərə qədər «Qafqaz» Universitetinin Gülən camaatına aid olan rektoru Əhməd Saniçin iş otağında - ən mübarək bir ünvanda Səid Kürdinin «Nur risalələri» kitabı özünə yer etsə də, məlum qalmaqallardan sonra rektor müqəddəs hesab etdiyi kitabı kabinetindən yığışdırmaq zorunda qalıb.

Xatırladaq ki, bu gün Türkiyə KİV-lərində Əhməd Saniçin Azərbaycandan deportasiya olunacağı haqda informasiyalar da yayılıb. Amma bu məlumatla bağlı açıqlama verən «Qafqaz» Universiteti yetkililəri Əhməd Saniçin Azərbaycanı tərk etməyəcəyini bildiriblər.

Geri qayıt