Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhməd Əhmədzadənin qardaşı prezidentin qəzəbinə tuş gəlib

Əhməd Əhmədzadənin qardaşı prezidentin qəzəbinə tuş gəlib


18-04-2014, 15:26
Əhməd Əhmədzadənin qardaşı prezidentin qəzəbinə tuş gəlib
DİA.AZ: - Zaqatala rayon icra hakimiyyəti başçısına cinayət işi açıla bilər. Bu ilginc məlumatı DİA.AZ-a rayondakı mənbələr ötürüb. Xəbəri verən qaynaq bildirir ki, özünü «Bağdadın kor xəlifəsi» kimi toxunulmaz hiss edən RİH rəhbəri Mübariz Əhmədzadənin son zamanlar hətta prezidentin tapşırıqlarını belə qulaqardına vurmasını sübutlayan dəlillərin ortaya çıxması Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin icra başçısı olan qardaşı Mübariz Əhmədzadəyə heç də ucuz başa gəlməyəcək.

Bu barədə bilgili qaynağın dia.az-a söylədikləri: «Əslində Mübariz Əhmədzadənin bu ərköyünlüyü hər iki məmur qardaş üçün ciddi problem yaradıb. Amma onlar vəziyyətdən təkcə vəzifələrini itirməklə çıxmayacaqlar, həm də Mübariz Əhmədzadənin fəaliyyəti ilə bağlı hüquqi araşdırmalar da başlayır ki, bu da başçının cinayət məsuliyyətinə cəlb olunma ehtimallarını artırır».

Bilgili qaynaq iddia edir ki, artıq korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Zaqatala rayon icra hakimiyyətinə keçən il dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsinin araşdırılması üçün tapşırıq verilib: «Gələn həftə isə Hesablama Palatasının ekspertləri Mübariz Əhmədzadənin «qonacı» olacaq».

Mənbəmiz bütün bunların Zaqatala RİH rəhbərinin çökərdilməsi prosesinin başlanğıcı olduğunu da vurğuladı.

Geri qayıt