Əsas Səhifə > Güney Press > “Spero Hospital“da qalmaqal

“Spero Hospital“da qalmaqal


4-12-2024, 21:52
“Spero Hospital“da qalmaqal
Bakı şəhərində yerləşən “Spero Hospital” klinikasında baş verən davaya polis qarışıb.

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, davanın səbəbkarı “Spero Hospital” klinikasında baş mühasib işləyən Gülbəniz adlı xanım olub.

Belə ki, klinikaya dərman çatdırmaq üçün gələn şirkətlərdən birinin xanım işçisi çatdırmanı qəbul edəcək Şəbnəm adlı əməkdaşı qeydiyyat şöbəsindən soruşub. Həmin vaxt orda olan Gülbəniz adlı baş mühasib dərman şirkətinin işçisinin Şəbnəm xanım sözünə əsəbləşib və onu təhqir etməyə başlayıb. Baş mühasib bildirib ki, Şəbnəm burda xadimə işləyir və ona xanım deyilə bilməz. Daha sonra Şəbnəm və dərman gətirən xanım Gülbənizin sözlərinə etiraz ediblər və baş mühasib onların hər iksi ilə əlbəyaxa davaya çıxıb.

Məlumata görə, dərman gətirən xanım baş mühasibin hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət edib və məsələ polis tərəfindən araşdırılıb.

Əldə etdiyimiz məlumatda bildirilir ki, “Spero Hospital” klinikasının Gülbəniz adlı baş mühasibi iki xanımı təhqir etdiyi və onlara söyüş söydüyü üçün inziabti məsuliyyətə cəlb edilib.

Baş verən dava ilə bağlı “Spero Hospital” klinikasının mövqeyini örgənməyə çalışsaq da, sorğumuza cavab verilmədi.
Geri qayıt