Əsas Səhifə > Güney Press > Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender4-12-2024, 21:42 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Evakuator.Az” MMC (VÖEN – 1503392351) olub. Müsabiqənin şərtlərinə görə, “Evakuator.Az” MMC “Qaçqınkom”dan 588 min 395 manat 20 qəpik alaraq məcburi köçkün ailələrini Ağdamın Sarıcalı, Kəngərli kəndlərinə və Zəngilan şəhərinə köçürülməsini həyata keçirəcək. Qeyd edək ki, bu, Zəngilan şəhərinə ilk köç olacaq. Onu da bildirək ki, köçürmə işini həyata keçirəcək “Evakuator.Az” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Niamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2013-cü ildə təsis olunan “Yük Taksisi.Az” MMC-nin də direktorudur. Geri qayıt |