Əsas Səhifə > Güney Press > Generalın şikayəti təmin edilmədi
Generalın şikayəti təmin edilmədi4-12-2024, 19:01 |
Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəmə qərarından verdiyi şikayət təmin edilməyib. Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin şikayəti təmin edilməyib. Qeyd edək ki, Elçin Quliyev vaxtından əvvəl məhkəməyə müraciət edib. Məhkum Quliyev eyni qaydada-cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq, cəzadan şərti olaraq azad edilməsini xahiş edib. Onun müraciətinə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli baxıb. Amma hakim məhkumun müraciətini yenə əsaslı hesab etməyib. Generalın həbsinin davamına qərar verilib. Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. General külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələbetmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər ittihamı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Geri qayıt |