Əsas Səhifə > Güney Press > Bir tərfədən Rusiya, digər tərəfdən...

Bir tərfədən Rusiya, digər tərəfdən...


Bu gün, 11:23
Bir tərfədən Rusiya, digər tərəfdən...
Avropa Parlamentinin Polşadan olan üzvü Barbara Bonte bildirib ki, Amerika şirkətləri Ukraynada yerləşən kənd təsərrüfatı torpaqlarını alırlar.

Publika.az xəbər verir ki, parlamentari bildirib ki, bu yolla onlar bu sektora nəzarət etməyə çalışırlar.

“Amerika və Səudiyyə Ərəbistanı investisiya və aqrar-sənaye şirkətləri hazırda kütləvi şəkildə Ukraynanın kənd təsərrüfatı torpaqlarını alırlar. Xüsusilə, söhbət Ukraynanın kənd təsərrüfatı torpaqlarının böyük hissəsinə nəzarəti ələ keçirmiş "Bunge Limited", "Oaktree Capital Management", "Blackrock", "ADM" və "Cargill" şirkətlərindən gedir”, - deyə Bonte qeyd edib.

Onun sözlərinə görə, Amerika Kiyevə verdiyi hərbi dəstəyi geri qaytarmağa və Ukraynanın kənd təsərrüfatı torpaqlarına nəzarət etməklə müharibədən sonrakı ssenaridə orada geosiyasi mövcudluğu təmin etməyə çalışır.

Geri qayıt