Əsas Səhifə > Güney Press > Suriyada müxalif qüvvələr Hələbə daxil oldu
Suriyada müxalif qüvvələr Hələbə daxil olduBu gün, 19:06 |
Suriyada müxalifət "Heyyət Tahrir əş Şam" və xaricdən dəstəklənən silahlı qruplaşmalar Xan əl-Asəli qəsəbəsini ələ keçirərək Hələb şəhərinə daxil olublar. Musavat.com xəbər verir ki, müxalif qüvvələr Hələb-Dəməşq M5 yolunu da kəsərək, Əz-Zərbah rayonunu ələ keçiriblər. Bu magistral Dəməşq, Homs, Həma və Hələb də daxil olmaqla böyük şəhərləri birləşdirir. Silahlı qruplaşmalar 32-dən çox kənd və məntəqəni ələ keçirib. Nəticədə 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb. Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir. Geri qayıt |