Əsas Səhifə > Güney Press > “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...”

“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...”


Bu gün, 18:02
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...”
“Dəyişdirilən məmurlar əsasən güc strukturlarına aiddir. Bu da yəqin ki, yay aylarında revanşist, irqçi din xadimi, keşiş Baqrat Qalstanyanın başçılığıyla Rusiyameyilli sayılan müxalifətin etirazları zamanı həmin məmurlar tərəfindən hansısa narahatedici davranışların müşahidə olunmasıyla bağlıdır...”

Noyabrın ortalarından bəri Ermənistan baş naziri Nikol Paşinyan gözlənilməz və radikal görünən gedişlər edir; 6 ildir formalaşmış imicinə qəfil dəyişiklik edir- saqqalını qırxır və ardınca ciddi kadr dəyişikliklərinə baş vurur. Görəsən, bunların səbəbi nədir?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları nəql edib:

“Görünür, əvvəla, Paşinyan özünü gündəmdə saxlamaq üçün əlinin altında olan hər üslubdan istifadə edir. İkincisi, dəyişdirilən məmurlar əsasən güc strukturlarına aiddir. Bu da yəqin ki, yay aylarında revanşist, irqçi din xadimi, keşiş Baqrat Qalstanyanın başçılığıyla Rusiyameyilli sayılan müxalifətin etirazları zamanı həmin məmurlar tərəfindən hansısa narahatedici davranışların müşahidə olunmasıyla bağlıdır. Əlbəttə, hər bir ölkə lideri kimi Paşinyan da öz hakimiyyətinin gücləndirməyə çalışır. Yoxsa, Ermənistandakı 2018-ci il “inqilabı”ndan sonra hər bir rəhbər məmur öz sahəsində, özü üçün bir güc mərkəzi yaratmağa çalışırdı... Əlbəttə, ilkin mərhələdə demokratik prinsiplərə uyğun olaraq kadr siyasətində müəyyən sərbəstliyə yol vermək mümkündür. Amma hakimiyyəti əldə saxlamaq üçün mərkəzləşmədən başqa ayrı üslub yoxdur. Və saqqal qırxmaq da, bəzi rəhbər məmurları işdən çıxarmaq və dəyişmək də hamısı bu məqsədə xidmət edir- hakimiyyəti gücləndirmək...”

“Maraqlıdır ki, bu ilin yaz-yay aylarında Paşinyanı hakimiyyətdən devirmək və sonra guya Qarabağı geri qaytarmaq məqsədi ilə hərəkata başlayan revanşist, irqçi keşiş Baqrat Qalstanyan son vaxtlar görünmür. Bir müddət əvvəl müalicə adıyla Moskvaya gedib qayıtdıqdan sonra fəallaşmaq əvəzinə, daha da səsi batdı. Yoxsa onun da saqqalının təraşa ehtiyacı var?” sualına isə sabiq baş diplomat belə cavab verib:

“Onu başqa yerdən təraş edəcəklər... Paşinyanla keşiş Baqratın "dəllək"ləri fərqlidir(gülür)... Bilirsiz, elə keşiş Baqratln da nəticəsiz hərəkatı göstərdi ki, ermənilərin böyük əksəriyyəti vuruşmaq istəmir... Baqrat Tavuşdan hərəkata başlayır, üzünü tutur İrəvana sarı... Şüarlarından da biri budur ki, gedək Qarabağı qaytaraq... Ondan soruşmaq gərk idi ki, Qarabağı qaytarmaq istəyirsən – İrəvana niyə gedirsən? Bir gəl bizə sarı, baxaq, görək kimsən, özünü bir göstər, görək nə karəsən, güllədən necə qaçırsan?(yenə gülür)...”

Geri qayıt