Əsas Səhifə > Güney Press > "Rusiya və İran arasında qaz ticarətinin

"Rusiya və İran arasında qaz ticarətinin


Bu gün, 17:06
"Rusiya və İran arasında qaz ticarətinin
“Qlobal erməni şəbəkəsi və onların havadarları tərəfindən ölkəmizə qarşı bir neçə müstəvidə, o cümlədən hərbi-siyasi, hüquqi və media müstəvilərində təxribatlar və hücumların təşkil olunduğunu deyə bilərik. Mediada Azərbaycana qarşı qarayaxma kampaniyaları da bu qəbildəndir”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, Vətən müharibəsindən sonra bu kampaniyaların xüsusilə artdığını və COP29 dövründə pik həddə çatdığını müşahidə edirik: Bu, COP29 kimi beynəlxalq tədbirin boykotundan tutmuş, Azərbaycanda insan haqları məsələlərinə görə tənqid və təzyiqlər, könüllü köç etmiş ermənilərin guya “məcburi deportasiya və soyqırıma məruz qalması”nın tirajlanması, erməni “əsirlər” adı altında gizlədilən əslində müharibə cinayətkarlarının azad edilməsi ilə bağlı tələblər, o cümlədən ölkə rəhbərinə qarşı səsləndirilən fikirlər, sanksiya çağırışları – bütün bunlar vahid şəbəkənin ideya məhsulları olub, müxtəlif Qərb media platformalarında tirajlanmaqdadır”.

Politoloq deyir ki, bunun səbəbi Azərbaycanın Qarabağı işğaldan azad etməsi və müstəqil siyasəti ilə bəzi dairələri qıcıqlandırmasıdır. Buna görə ölkəmizə qarşı hər cür böhtan atmağa hazırdırlar, “Politico” nəşrində gedən məqalədə də elə bu böhtanlar yer alır.

“Azərbaycanın COP29 çərçivəsində neft-qaz sazişlərinə imza atdığını iddia etməklə kifayətlənməyən nəşr, Rusiya qazının guya Azərbaycan qazı kimi Avropaya ötürülməsinin ehtimal olunduğunu iddia edir. “The Times” nəşri iddianı təkrarlayaraq bunu “Troya atı”na bənzədib. Təbii ki, bunlar həqiqəti əks etdirmir.

Azərbaycan Aİ ilə enerji sazişlərindən çox daha öncədən Rusiya və İranla transsərhəd enerji mübadiləsi (svop) əməliyyatları həyata keçirir. Məsələn, 2021-ci il Aşqabad sazişinə əsasən Türkmənistan ildə 1,5-2 milyard m3 qazı İran vasitəsilə Azərbaycana ötürürdü ki, bu svop qaz əməliyyatı sayılır. Yəni, Türkmənistanın İrana ötürdüyü qazın əvəzinə, Azərbaycanın İranla mövcud qaz kəmərlərindən (Bilənd-Astara yaxud Xoy-Culfa) müxtəlif sərhəd bölgələrin qaz təminatın həyata keçirilə bilər. (əməliyyat 2024-cü ilin yanvarından dayanıb). Eyni zamanda Rusiya ilə Azərbaycan arasında svop əməliyyatları uzun illərdir mövcuddur. Bu svop əməliyyatı o deməkdir ki, Rusiya öz ərazisində ucqar cənub bölgəsini qazla təmin etməyi Azərbaycana tapşırır və bunun əvəzində Azərbaycan başqa bir ucqar şimal bölgəsində qaz təminatını Rusiyaya həvalə edir. Beləcə, hər iki ucqar-sərhəd bölgə enerji ilə təmin olunur”-deyə politoloq bildirib.

Şəhla Cəlilzadə qeyd edib ki, hazırda bundan əlavə Rusiya və İran arasında qaz ticarətinin Azərbaycan üzərindən svop əməliyyatı vasitəsilə həyata keçirilməsinə dair razılaşdırmanın olduğundan söhbət gedir. Bu da o deməkdir ki, Rusiya Azərbaycana müəyyən həcmdə qaz tədarük edəcək, lakin Azərbaycan bu qazı öz daxili tələbatı və ya ixrac potensialını artırmaq üçün istifadə etməyəcək və eyni həcmdə qazı İrana göndərəcək.

“Bunun nə demək olduğunu Qərb çox yaxşı bilir. Elə İranın özünə enerji sanskiyaları tətbiq olunmazdan əvvəl, Qərb Rusiyanın “Transneft” kəməri ilə neft almamaq üçün, bir müddət Qazaxıstan və Türkmənistan neftini İran üzərindən svop əməliyyatlarla əldə edib. Belə ki, bu ölkələr Xəzər vasitəsilə nefti İranın Neka terminalına çatdırır, Neka-Tehran neft xətti ilə İran paytaxtına neft ötürülür, İran isə bunun əvəzində fars-ərəb körfəzində alıcılara neft paylayırdı. Lakin, 2010-cu ildə sanksiyalar səbəbilə bu svop əməliyyatı durduruldu. Beləliklə, svop əməliyyatı heç də Azərbaycanın öz mənbələrindən çıxardığı qazın Avropaya ötürülməsi demək deyil, sadəcə olaraq Qərbin bir sıra dairələri Azərbaycanı qaralamaq üçün yalanlar uydurub gerçəkləri pərdələməyi sevir. Halbuki, Ermənistan həqiqətən də Avropa və Rusiya arasında anti-Rusiya sanksiyaları fonunda bu sanksiyalardan yayınmaq üçün vasitəçilik etməklə məşğuldur ki, buna iki ölkə arasında ticarət dövriyyəsində son 3-4 ildə 5-6 dəfə artışın olması dəlalət edir”-deyə politoloq vurğulayıb.

Şəhla Cəlilzadə bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu yaxınlarda Ermənistana səfərində açıqlamışdı ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsi 14-16 milyard dollar arası ola bilər. Halbuki, 2020-ci ildə bu rəqəm cəmi 2,3 milyard dollar idi. Beləliklə, Ermənistanın I Qarabağ müharibəsindən bəri etdiklərinə göz yuman və ədalət çağırışları etməyən Qərb, indi Azərbaycanı açıq şəkildə hədəfə alıb.

Geri qayıt