Əsas Səhifə > Güney Press, Partiya > Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq?
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq?Bu gün, 16:08 |
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu gündən etibarən isə bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır. İctimaiyyəti maraqlandıran məsələlərdən biri də hansı partiya liderlərinin bələdiyyə seçkilərində iştirak edəcəyidir. Globalinfo.az-a danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, REAL Partiyası yarandığı gündən seçkiləri təbliğ və təşviq edir “Seçkilərdə iştirakın vacibliyindən danışırıq. Bu gün də bələdiyyəni vacib institut sayırıq və iştirakçılığın təşviq olunmasına çalışırq. Buna görə də partiyamız bələdiyyə seçkilərində iştirak edəcək. Lakin hansı bölgələrdən neçə namizədlə iştirak etməyimiz yaxın bir həftə, 10 gün ərzində partiya strukturlarında keçiriləcək məsləhətləşmələr və müzakirələrdən sonra dəqiq bilinəcək”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, yerli əhəmiyyətli seçkilərdə iştirak edib-etməmək partiya üzvlərinin maraqlarından asılı olacaq: “Azərbaycanda hazır seçki təcrübəsi var. Nəticələr qabaqcadan bəlli olur. Seçkilər konstitusiyaya uyğun keçirilmir deyə tərəfdarlarımızın seçkiyə qatılmasında ciddi probelmlər yaranır. Prosesə qatılırlar, ciddi mübarizə aparırlar, maliyyə xərcləyirlər və s. nəticədə isə müəyyən gərginliklər yaşanır. Mənim və partiya üzvləri arasında böyük qismin seçkilərdə iştirak etməyə həvəsimiz yoxdur. İştirak etmək istəyənlər olduqda isə dəstək verməyə çalışacağıq”. AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib: “AĞ Partiya bələdiyyə seçkilərində iştirak edəcək. Bələdiyyələr Azərbaycanın sosial-siyasi həyatında xüsusi çəkiyə malik deyillər. Təsir imkanları çox aşağı olduğu üçün bu seçkilərə maraq digəriləri ilə müqayisədə daha azdır. Lakin biz rayon təşkilatlarını seçkilərdə maksimum iştirakına tapşırıq vermişik. Məqsəd isə üzvlərin seçki təcrübəsinin formalaşması, seçicilərlə işləmək, partiyanın təbliğatı, özlərini regionlarda tanıtma imkanının təmin edilməsidir. Beləliklə yüzlərlə, minlərlə partiya üzvünün seçki ənənəsi formalaşır”. Geri qayıt |