Əsas Səhifə > Güney Press > Qərbin radikal anti-Azərbaycan bəyanatlarının
Qərbin radikal anti-Azərbaycan bəyanatlarınınBu gün, 14:02 |
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "İzvestiya" qəzetinə verdiyi müsahibə geniş müzakirə olunur. Bu müsahibə Moskvanın İrəvanla əlaqələrdəki prioritetləri və regional təhlükəsizliklə bağlı yanaşmalarına işıq salıb. Sergey Kopırkin bildirib ki, Rusiya Ermənistanın Avrasiya qitəsində təhlükəsizlik sisteminin inkişafında fəal iştirakını gözləyir. Bu konsepsiya ilk dəfə 2025-ci ilin 14 iyununda Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilmiş və Kazanda keçirilən BRİKS sammitində yenidən gündəmə gətirilmişdi. Kopırkinin sözlərinə görə, Rusiya Ermənistandakı tərəfdaşlarından bu təşəbbüsün həyata keçirilməsində fəal dəstək gözləyir. KTMT çərçivəsində əməkdaşlığı xüsusi vurğulayan səfir bu platformanın regionda təhlükəsizliyi təmin etmək üçün əvəzedilməz olduğunu qeyd edib. Buna baxmayaraq, Ermənistanın KTMT-dəki fəaliyyətindən müəyyən qədər uzaqlaşması narahatlıq doğurur. Lakin Moskva, ikitərəfli münasibətlər və KTMT vasitəsilə Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq qalır. Kopırkinin sözlərinə görə, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2025-ci ildə rekord səviyyəyə - $14-16 milyard dollara çatacaq. Səfir xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Rusiya müttəfiqliyinə real alternativlər yoxdur. O, KTMT çərçivəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ən yaxşı yolun məhz bu istiqamət olduğunu bildirib. Ermənistanın KTMT-yə münasibəti və Moskvanın bu platformadakı rolu hələ də açıq suallar yaradır. Rusiya Ermənistandakı strateji mövqeyini qoruyub saxlamaq üçün həm təhlükəsizlik, həm də iqtisadi sferalarda fəal siyasətə davam edir. Ermənistanın bu yanaşmaya necə reaksiya verəcəyi isə ikitərəfli münasibətlərin gələcək istiqamətini müəyyən edəcək. Mövzu ilə bağlı “Cebheinfo”- ya açıqlama verən rusiyalı politoloq Sergey Markov bildirib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar hibrid müharibənin əsas alətlərindən biridir. Bu yolla Qərb Rusiyanın iqtisadi inkişafını ləngitmək, onun xarici siyasətindəki təsir gücünü zəiflətmək niyyətindədir. S.Markov Qərbin Ermənistan vasitəsilə regionda möhkəmlənməyə çalışdığını və bu çərçivədə həm Rusiya, həm də Azərbaycanın maraqlarına zidd addımlar atdığını bildirib. Onun fikrincə, Qərb Ermənistanı dəstəkləməklə Azərbaycanın Rusiyaya yaxınlaşmasının qarşısını almağa çalışır. Sergey Markov qeyd edir ki, Qərbin müxtəlif beynəlxalq hərbi missiyaları və ya dəstək mesajları bölgədə gərginliyi artırır . Qərb Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək regionda Rusiyanı zəiflətmək üçün çalışır: "Bundan əlavə, Ermənistan bu hibrid müharibə nəticəsində qərara gəlib ki, Qərb çox güclü və təsirli qüvvədir. Rusiya xüsusi hərbi əməliyyatla bağlı çətinliklər yaşadı, əməliyyat onun hərbi gücünün yetərli olmadığını göstərdi və hazırda resursları məhdudlaşdırılmış vəziyyətdədir. Qərb isə böyük siyasi və iqtisadi resurslara sahibdir. Əgər bu şərtlərdən biri dəyişərsə, Ermənistan özünü ondan uzaqlaşdıracaq. Hansı şərtlərin dəyişə biləcəyini söyləmək çətindir. Rusiyanın neytral mövqedən Ermənistan tərəfinə keçməsi çox mümkün deyil. Əksinə, Rusiya tədricən inkişaf edəcək və daha çox Azərbaycanla yaxınlaşacaq. Amma Qərb özünü elə apara bilər ki, Ermənistan bundan məyus olar. Eyni ilə Rusiya ilə olduğu kimi. Çünki bütün bu vəziyyətə görə bir çox erməni düşünür ki, onlar öz uğurlarını özləri əldə etməməlidirlər. Onlar prosesləri çox ağıllı şəkildə idarə etməli, böyük və güclü bir dövlət isə erməni maraqlarını müdafiəsini təmin etməlidir. Bu strategiya Rusiyaya qarşı tam olaraq uğur qazanmadı. Bu strategiyanın Qərbə qarşı işləyəcəyinə də böyük şübhələr var”. Ən böyük ehtimal kimi ekspert Qərbin Ermənistana çoxlu söz verməsini göstərib: “O cümlədən anti-Azərbaycan bəyanatları da olacaq, amma nəticədə Qərb onları da aldadacaq və Ermənistana ümid etdiyi dəstək verilməyəcək. Bundan sonra Ermənistanın Qərbdən imtina etməsi ehtimalı var. Onlar Qərbdən çoxlu pul, güclü siyasi dəstək və hərbi dəstək əldə etmək istəyirlər. Lakin hazırda Qərb yalnız radikal anti-Azərbaycan bəyanatları verir və müxtəlif missiyaları Ermənistana göndərməklə kifayətlənir. Ermənistanın Qərbin sözlərinə nə qədər inanacağını bunu bilmək mümkün deyil. Amma onlar, yəni Ermənistan və Qərb özlərini ağıllı hesab edir. Hər ikisi bir-birini aldatmağa çalışır". Geri qayıt |