Əsas Səhifə > Güney Press > Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər

Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər


Bu gün, 13:14
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezidentliyə namizədi iki şəxs arasından seçib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Mənbəyə istinadla verilən məlumata əsasən, həmin şəxslər Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili və Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru, ilk prezident Zviad Qamsaxurdiyanın oğlu Konstantine Qamsaxurdiyadır.

Qeyd edək ki, ötən gün “Gürcü Arzusu”nun deputatı, parlament çoxluğunun lideri Mamuka Mdinaradze hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin prezidentliyə namizəd irəli sürüləcəyini istisna edib. O, həmçinin bildirib ki, deputat seçilmiş İ.Qaribaşvili mandatını ləğv etdirməyə hazırlaşır.

M.Mdinaradze qeyd edib ki, hakim partiya prezidentliyə namizədini artıq müəyyənləşdirib.

Geri qayıt