Əsas Səhifə > Güney Press > İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmirBu gün, 11:30 |
Azərbaycan ali təhsil müəssisələrinin doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda etibarsız sayılır. “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Elm və Səhiyyə Nazirliyinin nümayəndəsi Hamed Təkfi bildirib. Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir: “Dünya universitetləri bizim meyarlarımıza uyğun olaraq sıralanırsa, onlar qəbul etdikləri qiymətləndirmə sistemimizə daxil edilirlər”. H.Təkfi bildirib ki, bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür: A (premium universitetlər) və B (yaxşı universitetlər) tələbənin doktorantura səviyyəsinə qədər oxuduğu halda təsdiq üçün heç bir maneə olmayan universitetlərdir: “Ancaq C (orta universitetlər) tələbələrin magistratura səviyyəsinə qədər təhsil ala bildiyi universitetlərdir. Onlar orada doktoranturada oxuyurlarsa, bunu qiymətləndirmək mümkün deyil”. Nazirliyin nümayəndəsi qeyd edib ki, "Azərbaycan universitetləri dünya reytinq siyahısında yüksək yer tutmur, yalnız bir sıra universitetlərinin C (orta) reytinqi var”. Nümayəndə bu universitetlərin yalnız bakalavr və magistr dərəcələri üçün yararlı olduğunu vurğulayıb. “Mehr”ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Təhsil Xidmətləri Mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikası universitetləri tibb elmləri üzrə İranda akkreditasiyadan keçmədiyi üçün qiymətləndirilmir. Geri qayıt |