Əsas Səhifə > Güney Press > Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidirBu gün, 09:31 |
İşçi ilə İşəgötürən arasında Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir, əks halda müqavilə məhkəmə qaydasında ləğv edilə və ya etibarsız hesab edilə bilər. 1. İşçi ilə İşəgötürən arasında olan və əmək münasibətlərini tənzimləyən əsas sənəd Əmək müqaviləsidir. 2. Əmək müqaviləsi tərəflər olan: İşəgötürən və İşçi arasında sərbəst bağlanılır. Tərəflər Əmək müqaviləsində sərbəstolaraq istənilən şərtlər daxilində razılığa gələ bilərlər. 3. Əmək müqaviləsini imzalayan İşəgötürən və ya İşçi - Əmək müqaviləsində olan Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə zidd olmayan öhdəliklər barədə iddia qaldırsalar belə ləğv edilə bilməz. 4.Əmək müqaviləsi imzalayan işçi sonradan, öhdəlikləri barədə: mənə təzyiq edib imza etdirilər, aldatdılar vəsair bəhanələrlə bu şərt və öhdəlikləri ləğv etdirə bilməz, bir şərtlə ki, təzyiq vəya aldatmanın olmasımı sübut etsin 5. Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 6.Əmək müqaviləsinin məzmunu, quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 7. Əmək müqaviləsində tərəflər AR-n Əmək qanunvericiliyi ilə qadağan olunmayan: şərt, öhdəlik və vəzifələr qəbul edə bilərlər. 8. Əmək müqaviləsində tərəflər: AR-sı əmək qanunvericiliyi ilə qadağan olunmayan əmək funksiyası və digər əmək vəzifələri, tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə və digər məlumatlar, şərtlər,öhdəliklər barədə razılığa gəlı bilərlər. 9. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 10. AR-nın Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.life) Geri qayıt |