Əsas Səhifə > Güney Press > Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması

Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması


Bu gün, 14:00
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması
Rusiya Müdafiə Nazirliyi 2045-ci ilə qədər dünyada hərbi-siyasi vəziyyətin inkişafının proqnozu verilən əsas sənəd hazırlayıb. UNİAN xəbər verir ki, Kreml Ukraynanın bir dövlət kimi ləğv edilməsini və ərazisinin üç hissəyə bölünməsini təklif edib: yeni regionlar, rusiyayönlü dövlət qurumu və mübahisəli ərazilər.

İddia olunur ki, Rusiyanın yeni bölgələri dedikdə Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri, Krım və Sevastopol şəhərinin Rusiyaya rəsmi daxil edilməsi nəzərdə tutulur. Bu gün Kremlin əsas hərbi səyləri bu vəzifəyə yönəlib.

Dərhal qeyd edim ki, ilhaq edilmiş Krımın hərbi yolla geri qaytarılmasının faktiki mümkünsüzlüyü artıq Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən etiraf edilib: “Mən artıq demişəm ki, biz Krımı diplomatik yollarla qaytarmağa hazırıq”.

Əslində, bu, Zelenskinin Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması halında müharibəni bitirmək barədə dəfələrlə səsləndirdiyi vəddən imtina etməsi idi. Ancaq daha geniş desək, Rusiyanın planları tam şəkildə baş tutmayacaq. Reallıqda artıq adı çəkilən Krım yarımadasının, demək olar ki, bütün Donetsk və Luqansk vilayətlərinin və tərkibində Xerson və Zaporojye şəhərləri olmayan Zaporojye və Xerson vilayətlərinin kiçik bir hissəsinin Rusiyanın nəzarətində qalacağından danışmaq olar.

Gəlin davam edək. Rusiya bir növ rusiyayönlü dövlət qurumu yaratmağı planlaşdırır - müasir Kiyev, Çerniqov, Sumı, Xarkov, Poltava, Kirovoqrad, Dnepropetrovsk, Odessa, Çerkassı, Vinnitsa, Jitomir və Kiyev ərazilərində rusiyayönlü hakimiyyət orqanları ilə dövlət qurumunun formalaşdırılması. Buraya həmçinin Avropa və Avro-Atlantik inteqrasiyadan imtina və Rusiyanın hərbi mövcudluğu (Dnestryanı, Cənubi Osetiya, Abxaziya kimi hərbi bazaların yerləşdirilməsi) daxildir.

Dərhal deyim ki, bu, utopiyadır - həm indi, həm də 2045-ci ildə. Bəli, Çerniqov, Xarkov, Sumı və ya Dnepropetrovsk vilayətlərində rus işğalçı qüvvələrini yarmaq cəhdləri ola bilər. Amma ələ keçirmə zəmanəti olmadan və mümkünsə müəyyən əraziləri tutmaq zərurəti ilə irəliləyiş cəhdlərinin yuxarıda qeyd olunan bütün Ukrayna torpaqlarında rusiyayönlü gücə malik dövlət qurumunun formalaşdırılması ilə heç bir əlaqəsi yoxdur.

Rusiyanın bu ssenarini həyata keçirmək üçün heç bir resursu yoxdur. Bəli, Ukrayna ordusu üzərində say üstünlüyünə malikdir. Bəli, o, silah tədarükü üçün İran və Şimali Koreyanın köməyinə arxalanır. Amma biz artıq Qərbin yanaşmalarında köklü dəyişiklik müşahidə etmişik - Rusiyanın dərinliklərinə zərbələr endirməyə razılıq verildi. Dərhal Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə Britaniyanın “Storm Shadow” qanadlı raketlərini atdı (ardınca Rusiya Ukrayna ərazisinə qitələrarası ballistik raketlə zərbə endirdi).

“Blomberg”in məlumatına görə, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəyə Şimali Koreya qoşunlarını yerləşdirməsinə cavab olaraq “Storm Shadow” raketlərindən istifadəni təsdiqləyib. Britaniya hökumətinin bu addımı eskalasiya kimi qiymətləndirilib. Bu, Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Rusiya daxilindəki hərbi obyekti vurmaq üçün ilk dəfə Qərb tərəfindən təchiz edilmiş ATACMS raketlərindən istifadə etdiyini bildirməsindən bir gün sonraya təsadüf edir.

Onu da qeyd edim ki, Hollandiya vəd etdiyi 18 ədəd F-16 qırıcısından son ikisini ukraynalı pilotların Rumıniyada təlimi üçün təhvil verib. Oktyabr ayında ölkə planlaşdırılmış 24 ədəd F-16-nın ilk partiyasını birbaşa Ukraynaya təhvil verib, həmçinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya qarşı zərbələr üçün onlardan istifadə etməyə icazə verib. Bir sözlə, hakimiyyətdən gedən ABŞ rəhbərliyi və Ukraynanın avropalı müttəfiqləri yaxın bir neçə ay ərzində Rusiyaya maksimum zərər vurmaq üçün hər şeyi edəcək və onun maksimalist aqressiv planlarını həyata keçirməsini qeyri-mümkün edəcək.

Və nəhayət, qeyd edim ki, Rusiya Müdafiə Nazirliyinin əsas sənədində “Ukraynanın mübahisəli əraziləri” göstərilir. Buraya Volın, Rovno, Xmelnitski, Lvov, İvano-Frankivsk, Ternopol, Çernovtsı, Transkarpat bölgələri daxildir. “Bu ərazilərin gələcəyi Rusiya ilə digər qonşu dövlətlər – Macarıstan, Polşa, Rumıniya arasında həll olunmalıdır”, - deyə sənəddə bildirilir.

Amma bu, daha çox fantaziyaya bənzəyir. Çünki ABŞ, Avropa İttifaqı və ya NATO-da heç kim Polşa, Macarıstan və Rumıniya arasında Ukrayna ilə müharibəyə icazə verməyəcək. Lakin Ukrayna sülh yolu ilə də bu ərazilərdən imtina etməyəcək. İndi də yox, gələcəkdə də yox. Eyni zamanda, əhalinin sürətlə azalması və artan iqtisadi problemləri nəzərə alsaq, Rusiyanın özünün 2045-ci ilə qədər hansı sərhədlərə malik olacağı daha böyük sualdır.

AYNA.az

Geri qayıt