Əsas Səhifə > Güney Press > Ermənistan İstintaq Komitəsinin keçmiş sədri
Ermənistan İstintaq Komitəsinin keçmiş sədriBu gün, 12:09 |
Ermənistan İstintaq Komitəsinin sabiq sədri Arqişti Karamyan hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ovik Ağazaryanın oğlunun adı keçən iş üzrə Antikorrupsiya Komitəsinə dindirilməyə çağırılıb. "Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. A.Karamyan bildirib ki, O.Ağazaryanın oğlu qanundakı boşluqdan istifadə edərək ölkəyə çoxlu sayda avtomobil gətirib, sonra isə onları ixrac edərək dövlət büdcəsindən ƏDV-nin geri qaytarılmasına nail olub. A.Karamyan qeyd edib ki, bu iş çərçivəsində hüquq-mühafizə orqanları deputatın oğlunun avtomobilinə həbs qoyub. Geri qayıt |