Əsas Səhifə > Güney Press > Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur...

Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur...


Bu gün, 10:47
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur...
Son dövrlərdə işçilərin - heç bir hüquqi əsas olmadan işdən kənarlaşdırılması hallarına çox rast gəlinir. Faktı-Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına edilən müraciətlər və ya şikayətlər də təsdiq edir. Belə ki, işə gecikən, işə bir və ya bir neçə gün gəlməyən,müraciət yazan bə sair hallarda işçilər işə buraxılmır. Halbuku,qeyd olunan bu hallara görə AR-nın Əmək Məcəlləsində konkret intizam tənbehi nəzərdə tutulur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, İşəgötürən yalnız aşağıdakı hallarda mülkiyyətçinin,işçilərin mənafeyini qorumaq, başverə biləcək əməyin mühafizəsi qaydaları pozulmasının qarşısını almaq və ya əmək intizamını təmin etmək məqsədi ilə işçini iş vaxtı ərzində işdən kənar edə bilər. Digər hallarda isə işçilərin işdən kənarlaşdırılması qanunsuzdur:
1. İşçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda.
2.İşçi icbari tibbi müayinə olunmadan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə.
3. İş vaxtı ərzində işçi bilavasitə iş yerində və ya müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətalar, cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə.
4. İnsanın immunçatışmazlığı virusu yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı mütləq tibbi müayinədən imtina etdikdə.
5.İşçinin işdən kənar edilməsi hərbir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
6. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
7. İşçilərom işdən kənarlaşmasının qanuni olması təsdiq olunmazsa, bu müddət üçün işçiyə orta əmək haqqı ödənilir.
8. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi və ya edilməməsindən asılı olmayaraq işəgötürən ona qarşı intizam tənbehlərindən hər hansı birini tətbiq edə bilər.
9. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt