Əsas Səhifə > Güney Press, Partiya > Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz

Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz


Bu gün, 07:36
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz
"Əgər ermənilərin özlərini öldürmək kimi bir düşünəcələri yoxdursa, onda Azərbaycana qarşı hər hansı bir təxribata əl atmayacaqlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Sabiq nazir qeyd edib ki, son zamanlarda müəyyən irəliləyişlər olsa da sülh danışıqları uzun müddətdir ki, nəticəsiz qalıb: "Ermənistan Konstitusiyanı dəyişməsə, Azərbaycan saziş imzalamayacaq. Sülh müqaviləsi layihəsini bir müddətlik dayandırmaq və Ermənistanın Konstitusiyanı dəyişdirməsini gözləmək lazımdır. Konstitusiyanı dəyişdirməmiş niyə sülh imzalamalıyıq ki? Bu gün Paşinyan hakimiyyətdədir, sabah başqası gələcək, bəlkə də onun yerinə revanşistlər gələcək. Onlar deyəcəklər ki, sülh sazişi Konstitusiyaya uyğun deyil. Onda nə olacaq? Hər şey başa qayıdacaq. Düşünürəm ki, Ermənistan Konstitusiyanı dəyişdirməmiş sülh imzalanması yaxşı deyil. İnanıram ki, bu baş verə bilər. Biz Ermənistana dəyişikliyi etmək üçün təzyiq etməliyik".
Geri qayıt