Əsas Səhifə > Güney Press > Güneyli məhbus işgəncə ilə öldürüldü

Güneyli məhbus işgəncə ilə öldürüldü


Dünən, 12:45
Güneyli məhbus işgəncə ilə öldürüldü

3 həftə əvvəl Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində həbs edilən Qafar Əkbəri istintaq təcridxanasında işgəncə edildiyinə görə noyabrın 20-də həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, ağır vəziyyətdə Məlikan şəhərinin Sina xəstəxanasına köçürülən azərbaycanlı məhbusun bədənində çoxlu sayda işgəncə izləri olub.

İnsan haqları təşkilatları bildirir ki, Əkbərinin yaxınlarının meyitdən paylaşdıqları fotolardan onun ayaq barmaqlarının dırnaqlarının çəkildiyi müşahidə olunur.

Qeyd edək ki, Məlikan şəhərinin Yolqunlu kəndindən olan 48 yaşlı Qafar Əkbəri il yarım əvvəl baş vermiş qətl hadisəsində şübhəli şəxs qismində saxlanılmışdı.

Geri qayıt