Əsas Səhifə > Güney Press > Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq

Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq


Bu gün, 16:41
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cənab nazir, Azərbaycanda baş tutan COP29-un iqlim məsələləri ilə bağlı problemlərin həllində rolunu necə dəyərləndirirsiniz?

- Azərbaycan çox gözəl bir konfrans təşkil etdi. Bu münasibətlə Azərbaycanı təbrik edirəm. Biz iqlimi çoxdan öz təsirlərimizlə dəyişdirməyə başlamışıq. Bəs bu təsiri necə azalda bilərik? Karbon emissiyalarını necə azaltmalıyıq? Bu problemləri bəlli zaman intervalında necə həll edə bilərik? Bu istiqamətdə qayğılarımız var.

Bu məsələləri bütün ölkələrlə birlikdə həyata keçirməyimiz lazımdır. Bir anda durumu dəyişdirmək və məlum prosesə mane olmaq mümkün deyil. Qarşımızda suallar çoxdur. Başda nəqliyyat sahəsi olmaqla digər sahələr də müzakirə edildi. Bütün müzakirələr, məncə, qiymətlidir.

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdünüz. Azərbaycanla Türkiyə arasında nə kimi ortaq layihələr ola bilər?

- Ən böyük layihəmiz Zəngəzur dəhlizidir. Orada, Azərbaycan tərəfində işlər sürətlə davam edir. Ermənistan və İran tərəfindən haradan keçəcək, bunu azərbaycanlı qardaşlarımız qərar verəcəklər. Sonra yol Naxçıvan üzərindən Türkiyəyə uzanacaq.

Türkiyədə də layihəmizi bitirdik, inşallah, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa daşınmanı təmin edəcəyik.

Geri qayıt