Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib

Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib


Bu gün, 15:26
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib
Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dillər Universiteti ilə birgə
“Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun
təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib. Əvvəlcə tədbir
iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub.
Gənclər çay süfrəsi arxasında COP 29-la bağlı fikir mübadiləsi ediblər.
Sonra dəyirmi masa arxasında müzakirələr davam edib. Rayon İcra Hakimiyyəti
Başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri giriş sözü ilə açaraq COP 29-
un əhəməyyəti barədə geniş məlumat verdi.
Sonra Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri
Nicat Əliyev çıxış edərək bildirdi ki, iqlim dəyişikliyi ilə sülh və əməkdaşlığın bir-
birinə fəlsəfi və siyasi-nəzəri səviyyədə bağlandırılması çox mühüm məqamdır.
Ona görə ki, iqlim dəyişikliyi hər şeydən öncə dövlətlərin digərlərinə və təbiətə
münasibətlərini müəyyən edən şüur məsələsidir. Dövlət başqa dövlətlərin
maraqlarına və təbiətə necə yanaşırsa, ona uyğun olaraq iqlim dəyişikliyinə
töhfəsini verir. Məhz bu məqamda həmrəyliklə humanitarlığın fəlsəfi mənası ön
plana çıxır. Praktiki fəaliyyətdə İlham Əliyev həmrəylik xəttinin humantiralıq
aspekti ilə münasibətlərinin əməkdaşlıq və paylaşma ilə əlaqəsini əyani sübut
etmişdir.
Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Könül Qasımlının
təqdimatında iqlim dəyişikliklərinin qlobal miqyasda təsirləri barədə videoçarx
nümayiş etdirildi.
Daha sonra bir qrup tələbələr “Enerji siyasəti və yaşıl texnologiyalar” ,
“İqlim dəyişikliyində sosial ədalət” və “Azərbaycanda COP 29 çərçivəsində
keçirilən ekoloji tədbirlər” mövzularında məruzə ilə çıxışları davam etdirdilər.
Tədbirin sonunda yekun sözlə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci
müavini Gülarə Verdiyeva gənclərə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki,
gənclər hər zaman göstərdiyi bacarıqları, bilikləri, milli dəyərləri, qonaqsevərliyi
və birlikləri ilə bu tədbirlərdə fəal iştirak edirlər. Onuda qeyd etməliyik ki, bu gün
biz COP tarixində “Azərbaycan möhürü”ndən qürurla danışa bilərik. Bu, sülh,
əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini
tamamlaması nümunəsi kimi dünya üçün yenilikdir. Bu cür qiymətləndirmənin
kökündə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi-diplomatik kursun dayandığını
vurğulamalıyıq. Bunların fonunda keçən əsrin 90-cı illərində Heydər Əliyevin
dürüstlüyü, humanitarlığı, ədalət və hüquqa üstünlük verməsi ilə müstəqil bir
dövlətin başçısı olaraq beynəlxalq siyasət meydanındakı rolu bu gündə hiss edilir.
“Əsrin müqaviləsi”ni nəinki imzalaması, sonra onu davamlı və qətiyyətlə vəd
etdiyi kimi həyata keçirməsi göstərdi ki, dünya siyasətində real bir tendensiya
yetişməyə başlayır. İndi bu məqamı dünyanın bütün ölkələrinin liderləri açıq etiraf
edirlər. O etiraflar müxtəlif formada COP29-da da özünü göstərdi. Bu prinsiplərə
paralel olaraq rəsmi Bakı regional, regionlararası və qlobal miqyasda əməkdaşlıq
xəttini davamlı inkişaf etdirmişdir. Keçən əsrin enerji layihələrindən başlayaraq,
yeni enerji layihələrini irəli sürmüşdür, qeyri-neft sektoru üzrə əməkdaşlığın
təşəbbüskarı olmuşdur, bir sıra ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq
platformalarını hazırlamışdır, ekoloji cəhətdən təmiz olan bərpaolunan və “yaşıl
enerji” üzrə əməkdaşlığın regionda əsas təşəbbüskarı olmuşdur, müxtəlif
sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqu üçün güclü tədbirlər
keçirmişdir, geniş bir geosiyasi məkanda haqq, ədalət və hüququn təmin edilməsi
üçün müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində son dərəcə fəallıq
göstərmişdir. Müxtəlif istiqamətlərdən olan güclü təsirlərə baxmayaraq,
Azərbaycan rəhbərliyi sülh və əməkdaşlıq siyasətindən bir addım da kənara
çıxmadı. Bununla tutduğu yolda qətiyyət və dəyanətlilik nümunəsi olduğunu bir
daha göstərmiş oldu. COP29 həmin məqamı bütün məzmunu ilə təsdiq etməkdədir!
Məsələ ondan ibarətdir ki, Azərbaycan üçün yeni tarixi mərhələ regionlararası
miqyasdan qlobal miqyasa tərəfdaşlıq və əməkdaşlığın yeni platformalarını
proyeksiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada COP29 bir
başlanğıcdır. Daha güclü və geniş təsir imkanlarına malik Azərbaycan
Respublikasının yeni mərhələdə tərəqqisinin başlanğıcıdır. Əziz gənclər, bu gün
Sizlər yeni mərhələnin, yeni tərəqqinin başlanğıcında olan ən dəyərli qüvvəsiz.Biz
inanırıq ki, həmişəki kimi hər zaman birliyinizi nümayiş etdirəcəksiz və ölkəmizi
yaşıl dünya, güclü və sağlam mühitə nail olacaqsız. Sizlərin hər birinizə sağlam
həyat arzu edirəm.
Sonda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir qrup fəal gənclərə
Təşəkkürnamə verilərək xatirə şəkili çəkilib.

"DİA-AZ"

Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib

Geri qayıt