Əsas Səhifə > Güney Press > Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündüBu gün, 12:00 |
Kənd təsərrüfatı təyinatlı avtomobillərin və texnikaların, eləcə də onların ehtiyat hissələrinin topdansatışı ilə məşğul olan şirkət iki yerə bölündü “Baksar” Məhdud Məsuliyyətli Cəmiyyəti iki yerə bölünüb. İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, şirkət “Ram Agro” MMC və “Baksar-F” MMC-yə bölündüyünə görə yenidən təşkil olunacaq. Qeyd edək ki, “Baksar” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Amma bütövlükdə isə 1993-cü ildə MTZ, YuMZ, VAZ, KAMAZ, Maz, Kraz avtomobilləri üçün orijinal ehtiyat hissələrinin satışı ilə fəaliyyətə başlayıb. Hazırda şirkət həm kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri, həm də yüngül mühərrikli avtomobillər üçün təkər idxalı və satışı ilə məşğuldur. Rusiya, Ukrayna, Qazaxıstan və Belorusiya istehsalçıları ilə əməkdaşlıq edir. Geri qayıt |